İDEALİSTLƏR, OPPORTUNİSTLƏR, POZĞUNÇULAR

1234721_4665470534956_743741815_n111

Oyannews:

M. Ə. Rəsulzadə
Azərbaycan Türkcəsinə Uyğunlaşdıran: Ramin Cabbarlı

Siyasi, ictimai və milli kərəkətlər, objektiv(nəsnəl, eyni) bir dəstə şərtlərin məhsuludur. Coğrafi, iqtisadi, qövmi, kültürəl və tarixi amillərin birləşib qaynaşması və gəlişib formalaşması nəticəsində, yaşanan zamanın hakim ruhuyla paralel(muvazi) olaraq bəlli hərəkətlər doğar.
Objektiv şərtlərlə ilgili olan bu hərəkətlərin oluş sıralarını anlamaq və bu oluşu, müəyyən hərəkətlərlə istənilən istiqamətdə olqunlaşdıra bilmək üçün, hərəkətlərin yönəltmə və idarəsi subjektiv( öznəl, zehni) bir dəstə amillərə möhtacdır.
Siyasi olsun, ictimai olsun, bütün hərəkətlərin təşkilatlanmasında müşahidə olunan fikir, anlayış və metod ayrılıqları subjektiv amillərin objektiv şərtlərə, başqa sözlə, yaşanan dönəmdə mövcud reallıqlara nə dərəcəyə qədər uyub – uymadığını təqdir fərqindən irəli gəlir.
Hərəkətləri idarə edənlərin bir qismi, idələrə və idə sistemlərinə əhəmiyyət verir, tarixi inkişaf şərtlərinə uyğunlaşmaq zəruriyyəti ilə özlərinə, elmi əsaslara istinadən bir sistem düşünür və sistemdəki əsaslara sadiq qalaraq hərəkət edərlər. Bunlar idealistlərdir.
İdealistlər, tarixdəki tarixdəki real vaqiələrə laqeyd yanaşmamaqla yanaşı, bu realistlərin istənilən ideal istiqamətdə inkişafını təmin üçün gərəkən tədbirləri görürlər:
Bunun qarşısında opportunistlər vardir ki, bunlar tarixin seyri və yetişiləcək hədəflə çox məşğul olmadan, o gün həmən bir rol oynamaq üçün, subjektiv ünsuru göz önünə alaraq özlərini axıntıya buraxırlar. Axıntının qafiləni istənilən yerə sahildən başqa bir yana götürüb götürməməsiylə çox ilgilənməzlər.
Məfkurəçi realizm ilə opportunist realizm arasında bəlli zaman, məkan və şərtlər daxilində, iş birliyi təsəvvür oluna bilirsə də, ictimai hərəkətlərdə xəstəlik halı alan pozğunçuluqla(Təxribatçılıqla) heç bir zaman iş birliyi ola bilməz. Yaxşı niyyətləri olmayıb, fəaliyyətə ancaq inkar və ixlal məqsədi ilə girişənlərə pozğunçu(təxribatçı) deyilir. Bunların nə objektiv görüşləri, nə tərəfsiz təhlilləri, nə də müsbət proqramları olur. Onlar sadəcə mövcudu yıxmaqdan zövq alırlar.
İdealistlərə də opportunistlərə də pozğunçularla(Təxribatçılarla) mücadilə etmək ortaq bir vəzifədir.

Azerbaycan, Yıl 3, Sayı 33
Aralık/1945 Ankara

Yorum yazmaq istəyirsinizmi?