Bu Gün Dünya Azərbaycanlılarının Dayanışma Günüdür

260013_436160543094335_1309655391_n

Oyannew-a Özəl: 31 Dekabr 1989 tarixində Quzey və Güney Azərbaycanlılar, İran və sovet tərəfindən Azərbaycan torpaqlarında qurulmuş sərhədləri dağıtdılar.

Azərbaycanın Güney və Quzeyini ayıran bu sərhədləri dağıtmaq, Güneyilərlə Quzeylilərin görüşmələrinə, uzun illərin həsrətinə son verməyə səbəb oldu.

Əbülfəz Elçibəy höküməti 1992-ci ildə bu günü, Dünya Azərbaycanlılarının Dayanışma Günü elan etdikdən sonra bu gün Güneyli və Quzeyli Azərbaycanlılar tərəfindən anılmaqda, tədbirlər, konfranslar və konsertlər keçirilməkdədir.

Quzey Azərbaycanda rəsmi olaraq keçirilən bu bayram, “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” adıyla keçirilsə də Güneyli fəallar bu simvolik günü daha çox “Dünya Azərbaycanlılarının Dayanışma Günü” adı ilə anmağa üstünlük verirlər.

Yorum yazmaq istəyirsinizmi?