FEMİNİZM HƏR KƏS ÜÇÜNDÜR: İRQ VƏ TOPLUMSAL CİNSİYYƏT

womens-faces-c29fc8dc0e78a48ac46f72ff3f6f4c73954bc1d0-s6-c30

Oyannews:

 

Bell Hooks

Azərbaycan Türkcəsinə Uyğunlaşdıran: Türkan Urmulu

 

Onuncu Bölüm:

Heç bir müdaxilə, Amerika feminizminin çöhrəsini, feminist düşünərlərin irq və irqçilik gerçəyini tanıma tələbindən daha çox dəyişdirməyibdir. Bu ölkənin bütün ağdərili qadınları, öz statuslarının qaradərili qadınların və genəl olaraq ağdərili olmayan qadınların statuslarından fərqli olduğunu bilir. Bunu, kiçik bir qız ikən televizyada yanlız öz görüntülərini gördükləri zamandan etibarən bilirlər. Ağdərili olmayanların orada olmamasının/görünməz olmasının tək nədəninin ağdərili olmadıqları olduğunu bilirlər. Bu ölkənin bütün ağdərili qadınları, ağdərili olmağın imtiyazlı bir kateqori olduğunu bilirlər. Ağdərili qadınların bu bilgini ört- basdır etməyi vəya danmağı seçə bilmələri bilgisiz olduqları anlamına gəlməz, danma içində olduqları anlamına gəlir.

Ağdərili qadınlardan oluşmuş heç bir qrup, öz statusu ilə qaradərili qadınların statusu arasındakı fərqləri, vətəndaşlıq haqları mübarizəsində aktiv olan, politik anlamda bilinclənmiş ağdərili qadın qrupundan daha çox anlamadı. Ağdərili qadınarın Amerika tarixinin bu dönəmində yazdıqları xatirələr və anılar bu bilgini isbat edir. Ancaq qurtuluş hərəkətinə keçdikləri zaman, vətəndaşlıq haqları mübarizəsində birbaşa gördükləri və eşitdikləri fərqliliyə dair fərqində olmağı ört- basdır edən və danan bir feminist hərəkətin başına keçdilər. Sadəcə irqçiliyə qarşı mübarizəyə qatılmış olmaları, ağdərili üstünlüyündən vaz keçdikləri, qaradərili qadınlardan daha üstün, daha bilgili, daha yaxşı eyitim almış və bir hərəkətə “liderlik etmək” üçün daha uyğun olduqları şəklindəki düşüncələri buraxdıqları anlamına gəlmirdi.

Bu qadınlar bir çox yöndən, hər kəsə (ağdərili qadınlara və qaradərili insanlara) səs vermə haqqının verilməsini tələb etmiş olan köləliyə qarşı olan öncülərini izləyirdilər. Bu öncülər toplumsal cinsiyyət təməlli nədənlərlə səs vermə haqqından məhrum qalarkən qaradərili erkəklərin bu haqqı qazanma ehtimalı ilə qarşılaşdıqlarında, ağdərili erkəklər ilə ağdərili üstünlüyü çərçivəsində iş birliyinə üstünlük verdilər. Qaradərililərə daha çox haq verilməsinə yönəlik mübarizə etdikləri tələblərə şahidlik edən dönəmin ağdərili feministləri, özləri üçün daha çox haq tələb etmək üçün o anı seçmişdilər. Bu bireylərin bəziləri, vətəndaşlıq haqları mübarizələrinin cinsiyyətçiliyin və cinsiyyətçi basqıların fərqinə varmalarına şərait yaratdığını iddia edirdilər. Təbii durum gerçəkdən belə olsaydı, fərqliliklə ilgili yeni qovuşmuş olduqları siyasi fərqindəliyin günümüzün feminist hərəkətini quramsallaşdırma biçimlərinə də bulaşması gözlənilə bilərdi.

Bu qadınlar, hərəkətin içinə, fərqlilikləri silərək və danaraq, irqi toplumsal cinsiyyətlə birlikdə ələ almayıb təmamən ələyərək girdilər. Toplumsal cinsiyyəti önə çıxarmaq, ağdərili qadınların mərkəzi bir qonum ala bilmələri və bütün qadınları hərəkətə qatılmaya çağırmış olsalar belə, hərəkətin özlərinə aid olduğunu iddia edə bilmələri anlamına gəlirdi. Başlanğıcda irq fərqini ya da irqçilik əleyhi mübarizəni ciddiyə almayan bir feminist hərəkətin içində doğan utopiyaçı bacılıq görüşü, qaradərili və ağdərili olmayan bir çox qadının təxəyyülünü ələ keçirə bilmədi. Hərəkətin başlanğıcından bəri aktiv olan qaradərili qadınların çoxu ön plana çıxmamağı seçdilər. Feminist hərəkət başladığında, irqlərin inteqrasiyası hələ də çox az gerçəkləşirdi. Bir çox qaradərili ağdərililərlə haq eşitliyi təməlində necə ilişki quracağını ilk dəfə öyrənirdilər. Bireysəl olaraq feminizmi seçən qaradərili qadınların, öz irq fərqliliklərini işin içinə daxil etməkdə istəksiz davranmış olmaları da şaşırdıcı deyil. Əsasən ağdərili qadınların genəlliklə sömürücü və basqıçı olduqlarını təcrübə etdikləri bir dünyada, ağdərili qadınların bacılığı oraya atmaları, qaradərili qadınlar üçün çox gözəl bir duyğu olamlı idi.

1970-ci illərin sonlarında və 1980-ci illərin əvvəllərində daha gənc bir qaradərili qadın/ağdərili olmayan qadın quşağı, ağdərili qadının irqçiliyinə meydan oxudu. Bizlər, daha yaşlı qaradərili qadın müttəfiqlərimizdən fərqli olaraq, daha çox, ağdərililərin çox olduğu yerlərdə eyitim almışdıq. Çoxumuz heç bir zaman ağdərili bir qadınla müqayisədə ikinci dərəcədə olmamışdıq. Çoxumuz iş gücünə qatılmamışdıq. Qadın hərəkəti içindəki irqçiliyi və ağdərili üstünlüyünü ələşdirmək baxımından daha yaxşı bir durumdayıq. Qadınların cinsəl bir sinif oluşdurduqları düşüncəsini ortaya ataraq, hərəkəti ortaq əzilmişlik şüarı çevrəsində örgütlənməyə çalışan ağdərili qadınlar, qadınlar arasındakı fərqləri, qadınların paylaşdıqları bütün ortaq təcrübələri kölgələyən fərqləri qəbul etməkdən ən istəksiz olanlardı. İrq ən açıq fərq idi.

1970-ci illərdə Ain’t I a Woman: Black Woman and Feminism (Mənn Bir Qadın Deyiləmmi: Qaradərili Qadınlar və Feminizm) kitabının ilk taslağını yazdım. Ondoqquz yaşındaydım. Tam zamanlı bir işdə heç çalışmamışdım. Güneydən, irq baxımından təcrid edilmiş kiçik bir qəsəbədən Stanfor Universitəsinə gəlmişdim. Ataərkil düşüncəyə qarşı çıxaraq böyümüşdüm, amma feminist politikanı mənimsədiyim yer universitə oldu. Feminist siniflərə və bilinc yüksəltmə qruplarına qatılan tək qaradərili qadın olaraq, irq və toplumsal cinsiyyət qonuları ilə teorik olaraq ilgilənməyə başladım. İrqçi önyarqıların feminist düşüncəni biçimləndirmə yollarının tanınmasını tələb etməyə və dəyişim çağrısı verməyə başladığım yer oraydı. Başqa yerlərdə də qaradərili və ağdərili olmayan qadınlar, birrysəl olaraq eyni ələşdirini edirdilər.

O günlərdə irqçilik gerçəyi ilə və irq fərqi ilə üzləşməyi istəməyən ağdərili qadınlar, irqi işin içinə gətirdiyimiz üçün bizləri xainliklə suçlayırdılar. Haqsız bir şəkildə, əsas qonudan və toplumsal cinsiyyətdən uzaqlaşdığımızı düşünürdülər. əslində biz, qadınların statuslarına gerçəkçi yanaşılmasını və bu gerçəkçi anlayışın gerçək bir feminist politikanın təməlini oluşdurmasımı tələb edirdik. Hədəfimiz bacılıq təsəvvürünü düşürmək deyildi. Biz səmimi bir bacılığı mümkün edəcək somut bir dayanışma(həmrəylik) siyasətini yerləşdirməyə çalışırdıq. Ağdərili qadınlarla ağdərili olmayan qadınlar, öz aralarında ağdərili üstünlüyündən qurtulmadıqları və feminist hərəkət təməldən irqçilik əleyhinə olmadığı sürəcə, arada gerçək bir “bacılıq” qurula bilməyəcəyini bilirdik.

İrq qonusundakı eləşdirəl müdaxilələr qadın hərəkətini yox etmədi, hərəkəti gücləndirdi. İrq qonusundakı danmağı ortadan götürmək, qadınların, fərqliliklərin hər səviyyədə bulunduğu gerçəyi ilə üzləşmələrinə yardım etti. Nəhayətdə, imtiyazlı qadınların, özəlliklə də ağdərili qadınların sinifsəl mənfəətlərini o biri qadınların mənfəətlərinin üstündə tutmayan bir hərəkət oluşdurmaqdayıq. Bütün gerçəkliklərimizin danışıla bildiyi bir bacılıq təsəvvürü yaratdıq. Dönəmin toplumsal ədaləti savunan heç bir hərəkətində qatılımçılar, irq qonusunda feministlər arasında gerçəkləşən və feminist teori və pratiki yenidən düşünməyə yol açan türdən bir diyalektik alış-verişdə olmadılar. Feminist hərəkətə qatılanların, ələşdiri və meydan oxuma ilə qarşı qarşıya qalarkən, ədalət və özgürlük təsəvvürünə ürəkdən bağlı qalmış olmaları olqusu, hərəktin dayanıqlılığının və gücünün açıq bir isbatıdır. Bu bizə bunu göstərir:feminist düşünərlər keçmişdə nə qədər yanılqı da olurlar olsunlar, dəyişim iradəsi, mübarizə və özgürləşmə bağlamını yaratma istəyi, yanlış inanc və var sayımlar sürdürmə ehtiyacından daha güclüdür.

İllər boyunca feminist düşünərlərin irqin önəmini qəbul etməkdəki istəksizliyinə şahid oldum. Ağdərili üstünlüyündən vaz keçməyi rədd etməklərinə, irqçilik əleyhi bir feminist hərəkətin bacılıq bacılığı gerçəkləşdirəcək, təkcə siyasi təməl olduğunu qəbul etməkdəki istəksizliklərinə şahid oldum. Ayrıca qadınlar danmaqdan, ağdərili üstünlüyü düşüncələrindən qurtulduqca, bilinclərdə gerçəkləşən devrimə də şahid oldum. Bu möhtəşəm dəyişimlər, feminist hərəkətə olan inancımı yenilədi və bütün qadınlara qarşı his etdiyim dayanışma duyğusunu gücləndirdi.

Genəl baxıldığı zaman, feminist düşüncə və feminist teorinin irq qonusundakı eləşdirəl müdaxilələrdən faydalandığı görülür. Tək sorunlu sahə, teorinin pratikə çevrilməsi idi. Ağdərili qadınlar, irq analizini feminist akademik çalışmaların böyük bölümünə soxmuş olsalar da bu anlayışın, ağdərili qadınlarla ağdərili olmayan qadınlar arasındakı gündəlik ilişkilər üzərində çox böyük bir etkisi olmalıdı. İrq baxımından fərqliliklərə sahib olan bir toplumda, qadınlar arasında irqçilik aleyhi ilişkilər qurmaq çətindir. İş yerlərinin çeşitliliyinə baxmayaraq, bir çox insan hələ öz qrupundan olan insanlar arasında ictimailəşir. İrqçilik və cinsiyyətçilik bir araya gəldiyi zaman, qadınların arasında zərər verici sınırlar yaradır. Bunu dəyişdirməyi hədəfləyən feminist strategiyalar, bu günə qədər çox faydalı olmadılar.

Sevgi və siyasi dayanışma əlaqələrinin ortaya çıxacağı bir alan oluşdurmanın çətinliklərini aşmış ağdərili qadınlarla ağdərili olmayan qadınların, başarı ilə uyğulanmış strategiyaları və yöntəmləri paylaşması gərəkir. Fərqli irqlərdən gənç qızlar arasındaki ilişkiyə az qala bütünlüklə diqqət edilmir. Ağdərili gənc qızların cinsiyyətçi şərtlənmə qarşısında ağdərili olmayan gənc qızlardan bir şəkildə daha savunmasız olduqlarını göstərməyə çalışan ön yarqılı feminist akademik çalışmalar, ağdərili üstünlükçü bəlirli bir ehtimali dəvam etdirməkdən başqa bir işə yaramır. Bu ön yarqılı varsayım budur: ağdərili qadınlar, maraqları və dərdləri haqda başqa qruplardan daha çox diqqətə ehtiyac görür və daha çox diqqətə layiqdirlər, Amma rəngli gənc qızlar, ağdərili qadınlardan fərqli davranışlar sərgiləyə bilsələr də, ancaq cinsiyyətçi şərtlənməni içsəlləşdirməklə qalmayır, böyük ölçüdə və düzəlməyəcək şəkillərdə cinsiyyətçiliyin qurbanı olurlar.

Feminist hərəkət və özəlliklə viziyoner qaradərili aktivistlər, irqin və irqçiliyin yenidən düşünülməsinə yol açdılar. Bunun, toplumumuzun bütünü üstündə olumlu etkiləri oldu. Amma yerləşik qəbul görmüş toplumsal ələşdirilər bu olqunu çox az qəbul edir. İrq və feminist hərəkət içindəki irqçilik üzərinə olduqca çox yazmış bir feminist teorisiyən olaraq, meydan oxuması və dəyişməsi gərəkən daha bir çox şeyin olduğunu bilirəm. Ancaq bu günə qədər meydana gələn böyük dəyişimləri qutlamaq da eyni dərəcədə önəmlidir. Bu qutlama, yəni zəfərlərimizi anlamamız və model olaraq yararlanmamız, bunların kütləsəl əsaslı və irqçilik əleyhi bir feminist hərəkətin oluşmasında sağlam bir təməl oluşdurmalarına xidmət edəcəkdir.

Yorum yazmaq istəyirsinizmi?