Bakıda qəza enişi edən təyyarədən 467 sərnişin xilas edilib

teyyare_014788

OYANNEWS: Ötən gecə Londondan Sinqapura uçarkən Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanında qəza enişi edən təyyarənin təmirə ehtiyacı var.

AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin anspress-ə verdiyi məlumata görə, qəza enişi edən AİRBUS 380 təyyarəsində 467 sərnişin və 27 təyyarə ekipajı olub. Hazırda onlar üçün xüsusi yer ayrılıb.

“İndi başqa bir təyyarə gələcək. Həmin təyyarənin təmirə ehtiyacı var. Bu səbəbdən xidmət göstərə bilməz”, – deyə Məhərrəm Səfərli bildirib.

Qeyd edək ki, Heydər Əliyev Bakı beynəlxalq hava limanında AİRBUS 380 təyyarəsi qəza enişi edib. Sərnişinlər təhlükəsiz yerə təxliyə ediliblər. Xəsarət alan yoxdur.

Yorum yazmaq istəyirsinizmi?