Urmuda İkinci Təhkiyə Axşamı Keçirildi

39_1875928812_n

Oyannews: Urmu şəhərində təhkiyə ədəbiyyatı ilə bağlı toplantı keçirilmişdir.

Nəvid-e Azərbaycan həftəliyinin verdiyi xəbərə görə 30 Dekabr 2013 tarixində Güney Azərbaycanın Urmu şəhərinin Sənət və Kültür Mərkəzinin salonunda təhkiyə adlı hekayə axşamı keçirilmiş. Bu ədəbi oturumda təhkiyə yazarlarından başqa,  o biri şəhərlərdən gələn yazarlar və Azərbaycan ədəbiyyatıyla maraqlanan  çoxlu gənclər iştirak etmişlər. Cəfər Bozorg Əmin və Nəsrim Şirməhəmməzadə də təhkiyə axşamının ədəbiyyatçı qonaqlarından imişlər.

Təhkiyə adlı ədəbi dərnək, bir il öncədən Urmunun “İrşad-i İslami Kültür Mərkəzi”ində fəaliyyətə başlamış. Bu dərnək, hər həftənin şənbə günü oturumu olur. Hekayə, nağıl, öykü, tərcümə və digər ədəbi sahələrdə fəaliyyət göstərir.

İkinci təhkiyə axşamı adlı oturumun başlanışında Pərviz Furuhər “Qar” adlı hekayəsi ilə çıxış edib uşaq folkloruna aid mövzuda danışmışdır. “Dolaşıq”, “Ağac Hər Dərdə Əlaq” və “Göydən Ceviz Yağır” Furuhərin əsərlərindən sayılır. Pərviz Furuhərin ardınca Həkimə Rəsuli nostaljik bir yazı ilə çıxış etmişdir.

Oturumun növbəti iştirakçısı Nasir Sacidi, realizm üslubunda “Ruh” adlı əsərini oxuduqdan sonra, təhkiyə tərcümə qrupunun başçısı “Raziyə İftixari” çıxış etmiş. Raziyə İftixari “Gilənar Yarpağı” adlı yazdığı hekayəni oxumadan öncə təhkiyə tərcümə qrupundan söz açıb və ədəbiyyatımızın dünya ədəbiyyatı ilə ayaqlaşmasının gərəkliliyindən danışmışdır. Yazar, qadın və qadın haqları üzrə ictimai yazısını oxumuşdur. Bu günə qədər Raziyə İftixarinin “İştiyaq” adlı kitabı yayınlanmışdır.

Təhkiyə axşamının davamında “Azərbaycan İncəsənəti” kitabının yazarı Fatimə Mirhəsənpur, Fransız yazar “Şarl Pro”dan söz açıb. O uşaq ədəbiyyatının nə qədər önəmli olduğunu xatırladıb bu qonuya daha artıq diqqət yetirməyi önəmli hesab etmiş. Fatimə Mirhəsənpurun tərcümə edib rəsimlədiyi əsərlər, Pişik Hekayəsi, tərcüməçinin verdiyi izahlar ilə birgə ədəbiyyatçılara nümayiş etdirilib. Bunun ardınca təhkiyə dərnəyinin müdürü, Məhəmməd Sübhdel çıxış etmiş. Sübhdel, millətlərarası ortaq folklor qaynaqlarına işarə edərək, Azərbaycanın “Cəmşid Xan” adlı folklor əsəri qonusunda danışmış: “Nədən zəngin bir folklora malik olduğumuz halda onun uğrunda səmərəli işlər aparmamışıq? Bu nədən aslıdır!?” sorusuyla iştirakçıların düşündürmüş.

Oturumda ədəbiyyatçı Vəhid Faizpur, “Vəba Adasına Yaxın Bir Ada” adlı hekayəsini də oxumuşdur. Öykü yazarı Vəhid Faizpur, hekayədən sonra çıxışında nəsrimizin gəlişməsindən və onun topluma bağışladığı etkisindən danışmışdır. O təhkiyə adlı dərnəyin apardığı işlərinin Qərbi Azərbaycan əyalətində ilk dəfə olaraq gerçəkləşdiyini müsət addım olaraq dəyərləndirib yazarlara uğurlar diləmişdir.

Başqa gənc yazarlardan, Mir Rıza Sacidi, “Həqiqət Girişi” adlı hekayəsi ilə, Yasin Hacızadə isə “Vüsal Parkı” adlı hekayəsi ilə sonuncu çıxışçılar olmuşlar. “Rza Həqqi”, bu oturumun aparıcısı olmuşdur.

 

1 2 3 4 1554398_664243136945688_358161006_n

Yorum yazmaq istəyirsinizmi?