"Şəms və Mövlana" Kitabı Yayınlandı

shems-movlana_qabiq

Oyannews: Tehranda “Şəms və Mövlana” əsər işıq üzü görmüşdür. Bu kitabın yazarı Məsiağa Məhəmmədidir. Azərbaycan şərqşünası, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin Azərbaycan Türkcəsində olan “Şəms və Mövlana” adlı kitabı Ərəb əlifbasında yayınlanmışdır. Kitab Tehrandakı “Təkderəxt” yayınevində 500 tirajla nəşr olunub. Bu haqda Modern.az saytı aşağıdaki bilgiləri də vermişdir.

Kitaba sufizmin və bütövlükdə Şərq bədii-fəlsəfi düşüncəsinin ən parlaq simalarından olan Şəms Təbrizi və Mövlana Cəlaləddin Rumi haqqında müəllifin məqalələri, eləcə də onların yaradıcılığından etdiyi tərcümələr daxil edilib.

Müəllif orta əsr qaynaqlarına əsaslanaraq, Şəms Təbrizinin gerçək şəxsiyyəti və düşüncələri üzərinə işıq salmış, onun bioqrafiyasının bəzi qaranlıq və mübahisəli məqamlarına aydınlıq gətirməyə nail olub.

Kitabda həmçinin Mövlananın irəli sürdüyü fəlsəfi-ictimai təlimin yığcam və anlaşıqlı şərhi verilmiş, onun ədəbi irsinin bu gün də aktual və müasir olmasını şərtləndirən başlıca amillərdən bəhs edilib.

Qeyd edək ki, kitab Məsiağa Məhəmmədinin 2010-cu ildə Bakıda çap olunmuş eyni adlı əsəri əsasında doktor Hüseyn Şərqi tərəfindən nəşrə hazırlanıb.

Məsiağa Məhəmmədi, Güney Azərbaycan ədəbiyyatının tanıdılmasında da rolu böyük olmuşdur. Güneyli şairlər və nəsrçilərinin əsərlərinin Quzey Azərbaycanda tanınmasında Məsiağa bəyin daimi fəaliyyətləri olmuşdur.

 

Yorum yazmaq istəyirsinizmi?