İran və Rusiya ərzaq əvəzinə neft mübadiləsini razılaşdırır

1881813_333

Oyannews: İran və Rusiya ərzaq əvəzinə neft mübadiləsini razılaşdırır. Bu haqda Azadlıq radiosu Reuters-ə istinadən məlumat yaymışdır.

Reutersin məlumatına görə, İranla Rusiya ərzaq əvəzinə neft mübadiləsi ətrafında danışıqlar aparır. Bu, İrana neft ixracını kəskin artırmağa imkan verəcək.

Moskva Tehrandan gündə 500 min barrel neft alacaq, əvəzində İrana Rusiya malları və ərzaq göndəriləcək.

Qərb sanksiyaları İranın neft ixracını yarıbayarı azaldıb. Hazırda İran gündə 1 milyon barrel neft ixrac edə bilir.

Azadlıq Radiosu

Yorum yazmaq istəyirsinizmi?