Eynşteynin sevgi məktubu ortaya çıxdı

Eynstein

Oyannews: Albert Eynşteynin həyat yoldaşı Mileva Mariçə yazdığı sevgi məktubları “Albert Eynşteyn – Sevgi Məktubları” adı ilə çap olunub.

Qaynar.info xəbər verir ki, kitab Eynşteynlə Mariçin İsveçrədə tələbə vaxtı tanış olduqları vaxtdan, 1903-cü ildə evləndikləri günədək davam edən 54 məktubdan ibarətdir.

Məktublardan bir hissəni təqdim edirik:

“Əziz, Fraulein,

Sizə yazmaq arzum uzun müddətdir məktubunuzu cavablandırmadığım üçün hiss etdiyim və tənqidi baxışlarınızdan qaçmama səbəb olan günahı nəhayət ki, məğlub etdi. Fəqət indi mənə hirslənməkdə haqlı olsanız da çürük bəhanələr arxasınada gizlənərək daha böyük günah etmədiyim, bağışlanmaq və ən qısa zamanda bir cavab istədiyim üçün az da olsa haqqımı verməlisiniz.

Oxumağa davam etmək üçün buraya qayıtmaq istəməyiniz məni çox sevindirdi. Tez gəlin, qərarınızdan peşman olmayacağınızı bilirəm. Ən önəmli işlərimizə ən qısa zamanda çata biləcəyinizdən əminəm. Yenə də üzərində dayandığınız məsələləri yenidən başa salmaq məni üzür. Məsələni sadəcə burada uyğun şəkildə qaydaya salınmış və açıqlanmış olaraq”.

Qaynar.info

Yorum yazmaq istəyirsinizmi?