FEMİNİZM HƏR KƏS ÜÇÜNDÜR: FEMİNİST ERKƏKLİK

eshitlik

Oyannews:

Bell Hooks

Azərbaycan Türkcəsinə Uyğunlaşdıran: Türkan Urmulu

 

 

12-ci Bölüm

 

Feminist Erkəklik

Günümüzün feminist hərəkətinin ilk dönəmlərində, hərəkət içində qəzəbli bir erkəyə qarşı dəstə var idi. Heteroseksual qadınlar hərəkətə, erkəklərin qəddar, zalim və sədaqətsiz olduqları, zorakılıq etdikləri ilişkilərin içindən gəlmişdilər. Bu erkəklərin çoxu, toplumsal ədalət hərəkətlərinə qatılmış olan, işçilər və yoxsullar adına qarşı, irq adətlərindən bəhs edən radikal düşünürlər idilər. Ancaq iş toplumsal cinsiyyət qonusuna gəldiyində, onlar da ən az mühafizəkar işbirlikçiləri qədər cinsiyyətçi idilər. Qadınlar bu ilişkilərdən qəzəblə çıxmışdılar və bu qəzəbi, qadınların özgürləşməsi üçün hərəkət verici bir güc olaraq qullandılar. Feminist düşüncə və hərəkət gəlişdikcə, aydınlanmış feminist aktivistlər sorunun erkəklər olmadığını, sorunun ataərki, cinsiyyətçilik və erkək hökm sürməyi olduğunu gördülər. Sorunun yanlızca erkəklərdən qaynaqlanmadığı gerçəyi ilə üzləşmək çətin oldu. Gerçəkliyin daha qarışıq bir şəkildə teorizə edilməsi gərəkliliyi ilə üzləşmək, qadınların cinsiyyətçiliyin qorunması və davam etdirilməsində oynadıqları rolu təslim edilməsini gərəkdirdi. Daha çox qadın erkəklərlə olan yıxıcı ilişkilərdən qaçdıqca rəsimin bütününü görmək daha rahat hala gəldi. Tək tək erkəklər ataərkil imtiyazlardan vaz keçsələr belə ataərkil, cinsiyyətçi və erkək basqı sisteminin əl dəymədən sürəcəyi və qadınların sömürülməyə və/vəya əzilməyə davam edəcəyi anlaşıldı.

Mühafizəkar kütlə mediası, sürəkli, feminist qadınları erkək düşməni olaraq təmsil etdi. Hərəkət içində erkəklərə qarşı bir dəstə vəya hissiyyat olduğunda, feminizmin etibarını zədələmək üçün bunu önə çıxartdılar. Feministlərin erkək düşməni olaraq göstərilməsinin altında, erkəklər arasındakı anti-feminist duyğuları, homofobiyə(Eşcinsəllik qorxusu) xitab edərək daha çox diqqəti yönəltdi. O halda ki, günümüzün feminist hərəkəti hələ on yaşını doldurmadan, feminist düşünərlər ataərkinin erkəklərə necə zərər verdiyi haqqında da danışmağa başlamışdılar. Feminist politika, erkək hökm etməyinə qarşı qəzəbli eləştirimizi dəyişdirmədən, ataərkinin, erkəklərə cinsiyyətçi bir erkək kimliyini əsaslandıraraq onları da bəzi haqlardan məhrum buraxdığının qəbul edilməsini içərəcək şəkildə genişlədi.

Anti-feminist erkəklərin hər zaman güclü bir ictimai səsi olubdur, feminist düşüncədən və feminist aktivistlərdən qorxan və nifrət edən erkəklər, kollektiv güclərini bir araya gətirməkdə və hərəkətə saldırmaqda gecikməlidir. Ancaq hərəkətin başlanğıcından etibarən, feminist hərəkətin toplumsal ədalət hərəkəti olduğunu və bu ölkənin tarixində erkəklərin dəstəklədiyi bütün digər radikal hərəkələr qədər dəyər daşıdığını təslim edən kiçik bir erkək qrupu var idi. Bu erkəklər mübarizədə yoldaşımız və müttəfiqimiz oldular. Hərəkətdə aktiv olan heteroseksual qadınlar, feminizmlə barışmaq üçün mübarizə edən erkəklərlə yaxın ilişkidəydilər. Bu erkəklərin feminist düşüncəyə keçmələri, sıxlıqla, ya bu məsələyə sahib çıxacaq şəkildə ilri bir addım atmaları vəya qurtulmuş olan yaxın ilişkilərin sona çatması riskini gözə ala bilməmələriylə əlaqəli idi.

Feminist hərəkət içindəki erkəyə qarşı dəstələr, cinsiyyətçiliyə qarşı erkəklərin varlığını istəmədilər. Çünki onların varlığı bütün erkəklərin basqıçı olduğu ya da bütün erkəklərin qadınlardan nifrət etdiyi şəklindəki müqavimət göstərmələrinə qarşı çıxmasına xidmət etdi. Daha çox sinif atlama arayışında olan, erkəkləri və qadınarı mütləq əzən/əzilən kateqorilərinə yerləşdirmək surətiylə qütublaşdırmaq üzərə ataərkil iqtidar biçimlərinə varmağa çalışan feminist qadınların çıxarına xidmət etdi. Onlar bütün qadınları zərərli göstərmək üçün bütün erkəkləri düşmən olaraq tanımladılar. Erkəklərə odaqlanmaq, diqqətləri feminist aktivistlərin sinifsəl imtiyazlarından və öz sinifsəl iqtidarlarını gücləndirmə istəklərindən uzaqlaşdırdı. Bütün qadınları erkəkləri rədd etməyə çağıran bu aktivistlər, həm qadınlar və həm erkəklər arasındakı şəfəqqətli bağları həm də qadınları cinsiyyətçi erkəklərə bağlayan (olumlu ya da olumsuz) ekonomik və duyğusal bağları diqqətə almağı rədd etdilər.

Erkəklərin mübarizə içindəki yoldaşlar olaraq qəbul edilməsini istəyən feministlər, heç bir zaman kütlə mediasının ilgisini çəkmədilər. Erkəklərin düşmən görülərək şeytanlaşdırılmasını ələşdirən teorik çalışmamız, erkəyə qarşı qadınların perspektivini dəyişdirmədi. Qadına qarşı bir erkək hərəkətinin doğulmasına yol açan da, erkəkliyin olumsuz bir şəkildə tanımlanmasına duyulan reaksiya idi. “Erkək qurtuluş hərəkəti” üzərinə yazarkən bu hərəkətin altında yatan opportunizmə diqqət çəkdim:

Bu adamlar özlərini, erkəkləri özgürləşdirmək üçün çalışan cinsiyyətçilik zərərkeşləri olaraq tanımladılar. Qatı cinsiyyət rollarını, öz zərərli oluşlarının birinci dərəcəli qaynağı olaraq tanımladılar və erkəklik düşüncəsini dəyişdirmək istəmələrinə baxmayaraq, qadınların cinsiyyətçi bir şəkildə sömürülmələri və əzilmələri qonusunda özəl bir qayğıları yox idi. Erkək hərəkəti bir çox yöndən, qadın hərəkətinin ən olumsuz yönlərini yansıdan bir ayna kimi idi.

Feminist hərəkət içindəki erkəyə qarşı qruplar sayıca az olsa da, feminist qadınların kamusal təxəyyüldəki erkək düşməni imajlarını dəyişdirmək çətin idi. Erkəklər, təbii ki, feminizmi erkək düşmənliyi olaraq karakterizə edərək, diqqətləri erkək basqısının daşıdığı hesab vermə məcburiyyətindən başqa bir yönə yayındı. Əyər feminist hərəkət, erkəklik üçün daha özgürləşdirici görüşlər suna bilsəydi, hərəkəti erkəyə qarşı göstərərək ortadan qaldırmaq hər kəs üçün imkansız olacaqdı. Feminist hərəkət, qadın və erkəklərdən oluşan geniş bir kütləyi özünə çəkməkdə böyük ölçüdə başarısız oldu. Çünkü bizim teorimiz, sadəcə erkəklərin cinsiyytçiliyə qarşı olmaq üçün etmələri gərəkənlər qonusunda deyil, alternativ bir erkəkliyin necə bir şeyə bənzəyəcəyi qonusunu ələ almaq xususunda da yetərincə etkili ola bilmədi. Feminist hərəkət ya da erkək hərəkəti tərəfindən sıxlıqla ataərkil erkəkliyə alternativ olaraq göstərilən, erkəklərin daha “qadınsı”(Qadınvari) hala gəlmələri görüşü idi. Ortaya atılan qadınsılıq(qadınvarilik) düşüncəsi, cinsiyyətçi düşüncənin içindən doğulmuşdu və ona bir alternativ təşkil etmirdi.

O zaman və indi ehtiyac duyulan şey, şəxsin özünə duyduğu sayğı və sevginin kimliğin təməlini oluşdurduğu bir erkəklik təsəvvürüdür. Hökm etmə kültürləri, özsayğıya(insanın özünə göstərdiyi sayğı) saldırar və onun yerinə varlıq hissimizi başqaları üzərindəki basqımızdan aldığımız düşüncəsini yerləşdirir. Ataərkil erkəklik, erkəklərə, mənlik və kimlik hisslərinin, varoluş nədənlərinin, başqalarına hökm etmə kapasitələrində yatdığını öyrədir. Erkəklər, bunu dəyişdirmək üçün gəzəgənin, daha gücsüz erkəklərin, qadınların və uşaqların üzərindəki erkək basqısını ələşdirmək və ona meydan oxumaq zorundadır. Ancaq eyni zamanda feminist erkəkliyin necə bir şey olduğu qonusunda aydın bir təxəyyülə sahib olmaları gərəkməkdədir. Çünki insan xəyal belə edə bilmədiyi bir şeyə necə dönüşə bilər? Söz qonusu təxəyyül isə, istər erkək istərsə qadın feminist düşünərlərə görə aydınlaşdırılmağı gözləyir.

Devrimçi sosial ədalət hərəkətlərində də sıxlıqla yaşandığı kimi bizlər də, soruna bir ad qoyma məsələsində, onu çözməkdə olduğumuzdan daha yaxşıyıq. Ataərkil erkəkliyin, erkəkləri, xəstə bir şəkildə narsist, uşaqvari olmağa və sadəcə erkək olaraq doğulduqları üçün qazandıqları imtiyazlara (bunlar nisbi də olsa) psixolojik olaraq bağımlı qalmağa ürəkləndirdiyini bilirik. Bir çox erkək, anlamlı bir çəkirdək kimlik qura bilmədikləri üçün, bu imtiyazların əllərindən alınmasının həyatlarını təhdid etdiyini his edər. Erkək hərəkətinin, erkəklərə, olumlu bir şəkildə, içlərindəki itmiş oğlan uşağını geri almaq və ruhlarını, ruhsal gəlişmələrini bəsləmək üçün öz duyğularına necə yenidən bağlanacaqlarını öyrətməyə çalışması buna görədir.

Gənc erkəkləri hədəf alan, onların cinsiyyətçi köklər üzərində yüksəlməyən bir kimlik qurmaqlarına nədən olacaq, dəyərli bir feminist ədəbiyyat ortaya çıxmayıbdır. Cinsiyyətçiliyə qarşı erkəklər, uşaqləq və özəlliklə də yetkinlik çağındakı erkəklərin gəlişimini içərən bir eləştirəl bilincə dair yetərsiz bir eyitim görüblər. Bu boşluğun bir sonucu olaraq feminist perspektivlər, erkək uşaqlarının necə yetişdiriləcəyi qonusunun ölkə miqyasında diqqət çəkdiyi bu günlərdə, bu dartışmaların ancaq nadirən bir parçası olurlar. Burası trajikdir ki anaların sağlıqlı erkək uşaqları yetişdirəməyəcəkləriylə bağlı, erkək uşaqların, erkəkliyin, disiplini və otoritəyə boyun əyməsini vurğulayan ataərkil militarist düşüncələrindən “yarar görəcəklərinə” dair yıxıcı və qadın düşməni fərziyələrin yenidən güc qazandığına şahid oluruq. Erkək uşaqlarının sağlıqlı bir özsayğıya ehtiyacları var. Sevgiyə ehtiyacları var. Bu nədənlə düşüncəli və sevgi dolu feminist politikalar, erkək uşaqlarının həyatlarını qurtaracaq yeganə təməli oluşdura bilirlər. Ataərki onları yaxşılaşdırmayacaqdır. Əyər elə olsaydı, indi hamısının yaxşı durumda olması gərəkirdi.

Bu ölkədəki bir çox erkək, kimliklərinin doğası qonusunda sıxıntı çəkir. Ataərkiyə olduqca çox yapışsalar belə, bir başa ataərkinin sorunun bir parçası olduğunu sezməyə başlayırlar. İşsizlik, əmək haqqı olan işin razı etməyən təbiəti və qadınların getdikcə artmış olan sinifsəl iqtidarı, zəngin və güclü olmayan erkəklərin durduqları yeri dərk etmələrini çətinləşdirmişdir. Ağ dərili, üstünlükçü, kapitalist ataərki, verdiyi vədlərin hamısını gerçəkləşdirməyə qadir deyil. Bir çox erkək acı çəkir, çünki bu vədlərin ədalətsizlik və basqıyla əlaqəli olduğu və gerçəkləşməsi halında belə, erkəklərə əsla zəfər qazandırmayacağı gerçəyi ilə üzləşdirmələrinə yardım edə biləcək, özgürləşdirici eləştirilər ilə qarşılaşmayırlar. Bir yandan özgürləşməyi denərkən bir yandan da ağ dərili üstünlükçü kapitalist ataərkil düşünmə biçimlərini (ki ruhlarını öldürən də budur) mənimsəyirlər. Bu üzdən, eynən bir çox oğlan uşağı kimi, onlar da yollarını itiriblər.

Feminist erkəkliyi mənimsəyən, gənc olan və olmayan bütün erkəkləri sevən, gənc qızlar və qadınlar üçün istədiyimiz bütün haqları erkəklər üçün də tələb edən bir feminist görüş, Amerika erkəyini yeniləyə bilər. Feminist teori hamımıza, özəlliklə də ədaləti və özgürlüyü necə həyatı gücləndirəck və olumlayacaq şəkildə sevəcəyimizi öyrədir. Feminist erkəkliyin gəlişə biləcəyi bir dünyanı necə yaradacağımızı göstərəcək yeni strategiyalara, yeni teorilərə və rəhbərlərə ehtiyacımızın olduğu açıqdır.

Yorum yazmaq istəyirsinizmi?