
Oyannews: İrana qarşı sanksiyalar qismən aradan qaldırılıb.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, Beynəlxalq Atom Enerjisi Agentliyi İran hakimiyyətinin Cenevrə müqavilələrinə riayət etdiyini təsdiqlədikdən sonra, Avropa Birliyi İrana qarşı tətbiq etdiyi sanksiyaları qismən dayandırıb.
Avropa Birliyinin ardınca ABŞ hökuməti də Tehrana qarşı sanksiyaları qismən götürüb. Bu haqda “RBK” ABŞ Dövlət Departamentinə istinadən məlumat verib.
Bundan əvvəl İranın nüvə obyektlərində uranın 20% zənginləşdirilməsi prosesininin dayandırılması haqqında məlumat verilmişdi.
Qaynaq: Apa.az