Əhməd Sadiqi Əşrafinin “Qızıl Atım və Başqa Öykülər” adlı kitabı işıq üzü görüb

Nuranli

Oyannews: “Əlif Nuranlı” təxəllüsü ilə tanınan ərdəbilli yazar Əhməd Sadiqi Əşrafinin türkcə hekayələrdən ibarət “Qızıl Atım və Başqa Öykülər” kitabı yazıçının vəfatından 30 il sonra işıq üzü görüb. Bu kitab güneyli yazarın çap olunmuş ilk əsəridir.

Əlif Nuranlını Ərdəbil tarixinin ilk hekayə yazarı kimi təqdim edən yarı-rəsmiMehr xəbər agentliyinin yazdığına görə, o öz həyatında Pəhləvi rejimi dönəmindəki kültürəl diktatorluq üzündən yazmış olduğu hekayələri nəşr edə bilməmişdi.

“Qızıl Atım və Başqa Öykülər”in giriş bölümündə məşhur Ayrılıq mahnısı sözlərinin şairi Fərhad İbrahimi, həmçinin yazarlar Saleh Ətayi və Rza Kaziminin mərhum Nuranlının ədəbi yaradıcılığı ilə bağlı yazıları dərc edilib. Kitab “Savalan İgidləri” nəşriyyatı tərəfindən nəşr olunub.

“Nuranlının əsərlərində gözə çarpan antropoloji baxış onun yazılarının ən önəmli özəlliklərindəndir. Bu texnika gənc yazarların diqqətini çəkəcəkdir,” deyə Rza Kaziminin ərdəbilli yazar haqqında düşüncələri Mehrdə əks etdirilib.

Hər üç ədəbiyatçı “Qızıl Atım və Başqa Öykülər” əsərinin nəşrini İran Azərbaycanı və xüsusilə Ərdəbil üçün önəmli hadisə kimi dəyərləndiriblər.

Əhməd Sadiqi Əşrafi o dövrdə fəaliyyət göstərən Türk Yazarlar Birliyinin üzvü olub.

Qaynaq: www.amerikaninsesi.org

Yorum yazmaq istəyirsinizmi?