Səfəvilər dövründə yaşamış görkəmli Azərbaycan alimi və şairi Məczub Təbrizinin divanı çapdan çıxıb

Divan

Oyannews: Elm və təhsil” nəşriyyatında Səfəvilər dövründə yaşamış görkəmli Azərbaycan alimi və şairi Məczub Təbrizinin anadilli divanı ilk dəfə olaraq çap edilib.

 

APA-nın verdiyi xəbərə görə, AMEA Əlyazmalar İnstitutundan APA-ya verilən məlumata görə, kitabı filologiya elmləri doktoru Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi nəşrə hazırlayıblar.

 

İnstitutdan bildiriblər ki, Məhəmmədəli Hüseyni və Paşa Kərimov kitaba yazdıqları ön sözdə Məczub Təbrizinin əlyazmaları, Leyden Universiteti Kitabxanası və Qahirə Milli Kitabxanasında saxlanan divanı, elm və anadilli poeziyamızın inkişafındakı xidmətləri barədə məlumat veriblər.

Qaynaq: Apa

Yorum yazmaq istəyirsinizmi?