Bill Qeyts, 12 Saniyədə Mat Oldu

بیل-گیتس

Oyannews: Şahmat üzrə dünya çempionu Maqnus Karlsen dünyanın ən varlı adamlarından biri, məşhur Bill Qeytsi mat edib.

ANS PRESS Rusiya mətbuatına istinadən xəbər verir ki, “Microsoft” şirkətinin qurucusu dünya çempionuna cəmi 12 saniyə müqavimət göstərə bilib.
Skandinaviyada bir telekanalda efirə gedən tok-şouda üz-üzə gələn məşhurlar şahmat oynayıb. Karlsen qara fiqurlarla oynayıb. Dünya çempionuna 30 saniyə, Çilyarderə isə 2 dəqiqə vaxt verilib. Norveçli şahmatçının tələsinə düşən Bill Qeyts 12 saniyəyə mat olub.
Qeyd edək ki, son olaraq Maqnus Karlsen “Facebook” qurucusu Mark Zukerberq ilə şahmat oynamışdı.

Qaynaq: ANS PRESS

Yorum yazmaq istəyirsinizmi?