Ermənilərin 10-dək hərbçisi öldürüldü

Azerbaycan

Oyannews: Ermənilərin 10-a qədər hərbi qulluqçusunun məhv edildiyindən xəbər verilir.

“Axar.az”  verdiyi xəbərə görə, ANS-in çəkiliş qrupu birbaşa atəş səslərinin içindən xəbər hazırlayıb.

Ağdamın Orta Qərvənd kənd sakinlərinin sözlərinə görə, son vaxtlar atəş səsləri heç dayanmır. Kənd bələdiyyəsinin sədri Habil Abbasov qeyd edib ki, atəş səslərindən dolayı kənd sakinləri heç əkin sahələrinə də gedə bilmir.

ANS Xocalı və Füzuli istiqamətlərində ermənilərin 10-a qədər hərbi qulluqçusunun məhv edildiyini xəbər verib.

Azərbaycan Respublikasının Müdafiə naziri Hərbi Hava Qüvvələrinin hərbi hissələrinə gedib

Yanvarın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin daha bir hərbi hissəsinə gedib.

Müdafiə naziri hərbi aerodromun uçuş-enmə zolaqları, təyyarələrin döyüşə hazırlığının səviyyəsi və hərbi şəhərciyin vəziyyəti ilə tanış olub.
General-polkovnik Zakir Həsənov hərbi hissənin şəxsi heyətilə keçirilən görüşdə  diqqətin daim peşəkarlığın artırılmasına və onun yüksək səviyyədə saxlanılmasına yönəldib. Bir qrup hərbi qulluqçuya medal və qiymətli hədiyyələr təqdim olunub.
Müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, aviasiya və hava hücumundan müdafiə ilə bağlı planlaşdırılan tədbirlərlə əlaqədar tapşırıqlar verib.

1 2

 

Yorum yazmaq istəyirsinizmi?