Şəhid zabit Elnur Cəfərov dəfn edildi

Elnur Cəfərov

Oyannews: Bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Tərtərin Çiləbyurd kəndi yaxınlığında şəhid olan Azərbaycan silahlı qüvvələrinin zabiti Elnur Cəfərov torpağa tapşırıldı.
Kapitanın dəfn mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi də iştirak edib.
Ötən gün şəhid olan kapitan Elnur Cəfərovun “Facebook” sosial şəbəkəsində yeni fotoları yayılıb. Fotoları jurnalist Məhəmmədəli Qəribli şəxsi səhifəsində paylaşıb. Jurnalist səhifəsində yazıb ki, Elnur Cəfərovun nəşi Naxçıvanda dövlət səviyyəsində qarşılanıb.
O, bildirib ki, şəhid Şərur rayonun mərkəzində olan Şəhidlər Xiyabanında dəfn edilsin.
“10 dəqiqədən sonra Elnurun cənazəsini aparan avtomobil karvanı Şərur şəhərinə catacaq. Böyük izdiham yaşanır”, – deyə Məhəmmədəli Qəribli bildirib.
Qeyd edək ki, ötən gün Elnur Cəfərov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kapitan ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal ilə təltif edilib.



Qaynaq: ANS PRESS

Yorum yazmaq istəyirsinizmi?