Çelik əyri burnunu düzəltdirdi

chelik

Oyannews: Məşhur Türk müğənnisi Çelik onun üçün narahat olan sevənlərinə ismarıc yollayıb. 

ANS PRESS-in məlumatına görə, xəstəxanaya yerləşdirilən Çelik yüngül bir əməliyyat keçirdiyini bildirib.

“Əvvəlcə şəxsi və iş telefonundan zəng edən, e-mail yazan, mənimlə işləyən insanlarla əlaqə saxlayan, xəstəxanaya zəng edən, gələn, bir sözlə, “keçmiş olsun” deyən hər kəsə sonsuz və ürəkdən təşəkkür etməyi borc bilirəm. Burnumla bağlı əməliyyat keçirdim, indi yaxşıyam. Böyük Allahım bu günü bir də yaşatmasın. Xəstələrə, çarəsizlərə, yoxsul, ac və çöldə olanlara mərhəmət etsin” deyə fikirlərini bölüşüb.

Sənətçi yuxu və mütəmadi yorğunluqla bağlı problemlərinin olduğunu etiraf edib. Məlum olub ki, burnundakı problem çəpər əyriliyi ilə bağlıdır. Ona görə də əməliyyat etdirmək qərarına gəlib. Çelik eləcə də, 15 gün həkim nəzarətində olacağını da bildirib.

Qaynaq: ANS

Yorum yazmaq istəyirsinizmi?