"Hürrəm sultan"ın sevgilisi üzr istədi

Hurrem sultan

Oyannews: Hamilə zamanı sevgilisi tərəfindən tərk edilən aktrisa Məryəm Üzərlidən yeni xəbər var. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, izləmə rekordu qıran “Möhtəşəm Yüzyıl” serialında “Hürrəm Sultan” obrazı ilə məşhurlaşan sənətçiyə gözlənilməz təklif gəlib. Keçmiş sevgilisi və hamilə olduğu övladının atası Can Atəş doğuşa gün sayan aktrisadan üzr istəyib.
İş adamı “İcazə ver, doğum zamanı yanında olum” deyərək sevgilisini dəstəkləmək istədiyini bildirib.
Almaniya vətəndaşı olan M.Üzərlini hamilə zamanı tərk etdiyi üçün hər zaman tənqid olunan iş adamı “üstümə düşən məsuliyyəti dərk edirəm” demişdi. Canın bu şərhə uyğun davranmağa başladığı və ailəsinin təzyiqinə baxmayaraq, vicdan əzabından qurtulmaq istədiyi deyilir.

Məryəm Üzərlinin keçmiş sevgilisinə nə cavab verdiyi isə hələ ki, məlum deyil.

Qeyd edək ki, Məryəm Üzərli Can Atəşdən ayrıldıqdan bir müddət sonra rol aldığı serial çəkilişlərini yarımçıq qoyaraq heç bir məlumat vermədən Almaniyaya qayıdıb. O, zaman aktrisa bu addımına görə kəskin reaksiyalar alıb. Bir necə ay sonra isə onun hamilə olduğu açıqlanıb.
Bir müddət depressiyaya düşən aktrisa ailəsinin köməyi ilə normal həyata qayıda bilib.

Mənbə
ANS PRESS

Yorum yazmaq istəyirsinizmi?