İsveçrə İrana qarşı sanksiyaları qismən aradan qaldırıb

isvechre

Oyannews: İsveçrə hökuməti İrana qarşı sanksiyaların qismən aradan qaldırılması haqda qərar qəbul edib.

 Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, hökumətin qərarına əsasən, İranla qiymətli metalların ticarətinə, neftin və neft məhsullarının daşınmasına, eləcə də bir sıra maliyyə əməliyyatlarının həllinə 2014-cü il avqustun 14-dək icazə verilib.

İsveçrə Federal şurasının məsələ ilə bağlı kommünikesində vurğulanıb ki, İslam Respublikasına qarşı beynəlxalq tədbirlər, o cümlədən  BMT Təhlükəsizlik Şurasının sanksiyalarının böyük hissəsi qüvvədə qalır.

 

Qaynaq:Lent.az

Yorum yazmaq istəyirsinizmi?