ABŞ-dan Türkiyəyə xəbərdarlıq

Amerika

Oyannews: ABŞ XİN Türkiyə hərbi gəmilərinin bazar günü araşdırma aparan Norveç gəmilərinə müdaxiləsinə münasibət bildirib 

Avropa.info- nun Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ, “bölgədə gərginliyi artıra bilən hərəkətlərdən qaçmaq lazımdır”, – mesajı yollayıb.

ABŞ xarici işlər nazirinin sözçüsü Jen Pkasi dünən mətbuat konfransında gəminin Fransa firması üçün işləyən Norvec gəmisi olduğunu deyib: “Kiprin açıq dənizdə enerji axtarışlarını dəstəkləyirik. Neft, qaz qaynaqlarını da anlaşma çərçivəsində iki cəmiyyət arasında bərabər şəkildə bölüşmək lazımdır. Bölgədə gərginliyi artıra biləcək hərəkətlərdən yayınmaq lazımdır”.

Keçən həftə Norveç gəmisi Türkiyə dəniz sərhədini pozmuşdu. Türkiyə hərbi gəmilərinin müdaxiləsindən sonra Norveç gəmisi ərazini tərk etmişdi.

Qaynar.info

Yorum yazmaq istəyirsinizmi?