Bunları bilirsinizmi?

Banan

Oyannews: Banan beyindəki iştahla bağlı sahəyə təsir edir.

Bu nəticəyə çikaqolu alimlər gəliblər. ANS PRESS-in məlumatına görə, bəzi qidalar aclıq hissini öldürür. Bununlada insan özünü uzun müddət tox hiss edir və daha az yeyir. Bu qidaların siyahısında ilk yerdə banan dayanır.

ANS PRESS banan haqqında bilmədiklərinizi təqdim edir.

Banan fiziki gücü artırır.
İdmançıların banana böyük sevgisi məhz bununla əlaqədardır. Məsələn, velosiped sürərkən qəbul edilən yarım banan enerji içkisi ilə eyni kaloriyə sahibdir.

Pəhrizin dostu
Orta ölçülü bir banan sadəcə 110 kaloridir. Amma tox salamaq effektivliyi isə uzundur.

C vitamini
C vitamini deyəndə ağla ilk olaraq sitrus meyvələri gəlir. Amma banan da bu vitaminin mənbəyi sayıla bilər. Bir banan gündəlik C vitamini ehtiyacının 15 faizini ödəyir.

B6 vitamini
Bu meyvə adəçəkilən vitaminlə də boldur. Gündə bir banan vitamin ehtiyacının 20 faizi deməkdir. B6 sağlam hüceyrələrin yaranması üçün vacibdir.

Bundan əlavə banan sümük inkişafı, sinirlərin gücləndirilməsi, yorğunluğun aradan qaldırlması, böyrək iltihablanması, bağırsaq xəstəliklərində çox faydalıdır.
Qan təzyiqini salmağa kömək edən banan həm də həzmi asanlaşdırı və mədə problemlərindən qoruyur. Banan hüceyrələrin ömrünü uzadır, ermək yaşlanmağı və qırışların qarşısını alır.

Qaynaq:
ANS PRESS

Yorum yazmaq istəyirsinizmi?