İran prezidenti Rza Zərrabın ortağından danışdı

Ruhani

Oyannews: İran prezidenti Həsən Ruhani Türkiyədə rüşvət əməliyyatı zamanı həbs edilən iş adamı Rza Zərrabın iranlı ortağı babək Zəncani haqqında açıqlama verib. 

“Nə üçün bu qədər neft və pulun bir adama verildiyini anlamaqda çətinlik çəkirəm”. Bu sözləri prezident dövlət televiziyasındakı çıxışında deyib. O, söhbət mövzusu olan rəqəmin çox böyük olduğunu və ölkənin bir aylıq gəlirinə bərabər olduğunu qeyd edib.

“Bu şəxs pulların bu bankda, o biri bankda olduğunu deyirdi. Aparılan ətraflı araşdırmada onun tamamilə yalan dediyini anladıq. Deyilənlərin düz olmadığını anlayanda birinci köməkçimdən rüşvət məsələlərinin üzərinə getməsini istədim”.

Qeyd edək ki, Zencani Ruhaninin rüşvətlə mübarizə təlimatından sonra dekabrın 30-da həbs edilib.

Qaynaq: ANS PRESS

Yorum yazmaq istəyirsinizmi?