“Arşın mal alan” London Kral Kollecində

Arshin mal alan

Oyannews: Fevralın 7-də London Kral Kollecində Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF)  dəstəyi ilə keçiriləcək Azərbaycan axşamında “Arşın mal alan” filmi nümayiş etdiriləcək. 

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, filmin nümayişi Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə baş tutacaq.

Keçiriləcək tədbirdə Azərbaycan musiqisi, mədəniyyəti, mətbəxi, eləcə də Dağlıq Qarabağ problemini də əks etdirən materiallar gələn qonaqlara təqdim olunacaq.

Qeyd edək ki, “Arşın mal alan” filmi 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilib. Film ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa olunaraq rənglənib.

Qaynaq: http://525.az/site/?name=xeber&news_id=15427

Yorum yazmaq istəyirsinizmi?