Futbol üzrə dünya çempionatına etiraz

brazil

Oyannews: Braziliyada aksiyanın keçirilməsinə səbəb şəhərdə ictimai nəqliyyatda gediş haqlarının yüksəldilməsi olub. 

Aksiya iştirakçıları yayda bu ölkədə keçiriləcək futbol üzrə dünya çempionatının təşkilinə xərclənən maliyyəyə və eyni zamanda bahalaşan nəqliyyat xərclərinə, səhiyyə və təhsil xidmətlərinə etirazlarını bildirib. Aksiya iştirakçıları şəhərin mərkəzi vağzalına daxil olub və orada olan keçid turniketlərini dağıdıblar.

Polis kütləni dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə etməli olub. Etirazlar zamanı yerli telekanallardan birinin operatoru ciddi xəsarət olub.

Qaynaq: ANS press

 

Yorum yazmaq istəyirsinizmi?