Günelə 6 ay həbs cəzası

Gunel- Rza Zerrab

Oyannews: Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalova haqqında həbs qərarı verilib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Günel keçmiş sevgilisi, iş adamı Rza Zərraba “səni başından güllələyərəm” deyərək onu hədələyib. Buna görə məhkəməlik olan müğənninin 6 ay azalıqdan məhrum etmə cəzasına məhkum olunub. Amma məhkəmə bu hökmün icrasını təxirə salıb.

Qeyd edək ki, Rza Zərrab və Günel bir neçə il əvvəl sevgili olub. Rza Zərrab türkiyəli müğənni Ebru Gündeşlə münasibətə başlayandan sonra azərbaycanlı müğənninin onu bir neçə dəfə ölümlə hədələdiyini iddia etmişdi. Günel R.Zərrabla telefon danışıqlarını mediaya təqdim etdiyi üçün də məhkəməlik olmuşdu. Sənətçiyə həmin vaxt verilən 9 aylıq həbs cəzası da təxirə salınmışdı.

Xatırladaq ki, Rza Zərrab ötən il dekabrın 17-də rüşvət və qaçaqmalçılıq iddiası ilə həbs olunub.

Yorum yazmaq istəyirsinizmi?