Krım parlamenti muxtariyyət haqqında referendum təyin edib

krim

Oyannews: Krım parlamentinın növbədənkənar iclası muxtariyyətə daha geniş səlahiyyətlər verilməsi məsələsi üzrə mayın 25-də referendum keçirmək haqqında qərar qəbul edib, Krım Ali Şurasının mətbuat katibi Olqa Sulnikovaya istinadən İtnerfaks-Ukrayna xəbər verir.

Daha əvvəl Krım Ali Radasının prezidiumu muxtariyyətin səlahiyyətlərini genişləndirmək üzrə ümumkrım referendumu keçirmək müraciəti ilə çıxış edib.

“Əminik ki, yalnız muxtariyyətin statusunun təkmilləşdirilməsi və səlahiyyətlərinin genişləndirilməsi məsələsi üzrə ümumkrım referendumunun keçirilməsi krımlılara, xarici təzyiqsiz və diktatsız, muxtariyyətin gələcəyini özlərinə təyin etmək imkanı verər”, – Krım Ali Radasının müraciətində deyilir.

Bundan başqa, digər bir qərarla deputatlar muxtariyyət hökumətini istefaya göndəriblər. Bu qərarın lehinə 64 Krım parlament üzvlərinin 55-i səs verib.

Eyni zamanda Ukrayna Mərkəzi Seçki Komissiyası Krımda referendum keçirmək üçün hüquqi əsaslar olmadığını bəyan edib, UNİAN agentliyinə MSK üzvü Yuri Donçenko bildirib.

Mayın 25-də həmçinin Ukraynada prezident seçkiləri və Kiyev administrasiyasına seçkilər üzrə səsvermə keçiriləcək.

Yeni liderlər

Krım parlamentinin spikeri Vladimir Konstantinov bildirib ki, Krım Ali Radası Krım Nazirlər Şurasına yeni sədr təyin edilməsinə səs verib. Bu vəzifəyə Russkoye Yedinstvo Partiyasının lideri, Krım AŞ-nin deputatı Sergey Aksyonov təyin olunub.

Vladimir Konstantinov parlament binası önündə mitinq keçirən Rusiya meylli izdiham qarşısında çıxış edərək, deyib ki, yeni baş nazirin namizədliyi onların “legitim prezident” hesab etdikləri Viktor Yanukoviçlə razılaşdırılıb.

Konstantinov bu gün Krım parlamenti tərəfindən qəbul olunmuş bütün qərarları “tarixi qərar” adlandırıb.

Ukrayna prezidenti vəzifəsini icra edən Aleksandr Turçinov Krımda prezidentin daimi nümayəndəsi Viktor Plakidanın istefasını qəbul edib və bu vəzifəyə daha əvvəl iki dəfə Krım Nazirlər Şurasına başçılıq etmiş Sergey Kunitsını təyin edib.

BBC Azeri

Yorum yazmaq istəyirsinizmi?