Tehranda həbsə alınmış azərbaycanlı fəallar Evin həbsxanasına köçürülüb

4nefer tehran

Oyannews: İranda 21 fevral – Ümumdünya Ana Dili Günü həbs edilmiş 4 azərbaycanlı fəal fevralın 25-də Tehranın Evin həbsxanasının 209-cu bölməsinə köçürülüb.

 bunlar Əkbər Azad, Əlirza Fərşi, İsrafil Sultaniyan və Mənsur Fəthidir.

Qeyd edək ki, fevralın 21-də sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Tehran yaxınlığındakı Nəsimşəhr rayonunda ana dili ilə bağlı toplantı keçirilib.

Mərasimə 200 nəfərə yaxın azərbaycanlı qatılıb,  ziyalılar çıxışlar edərək ana dilinin əhəmiyyətindən danışıblar, milli musiqilər, aşıq havaları və şeirlər səsləndirilib, milli rəqslər ifa edilib.

Ancaq İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşlarının tədbirə müdaxilə etməsi nəticəsində toqquşma baş verib, yığıncağın dağıdılması üçün bibər qazından istifadə olunub və aralarında qadınlar da olmaqla xeyli azərbaycanlı fəal həbs edilib.

Hətta bəzi soydaşlarımıza qarşı zor tətbiq edilib, nəticədə valideynləri ilə birlikdə mərasimə qatılan bir uşaq qolundan xəsarət alıb.

Eyni zamanda İ.Soltanian əlil olmasına baxmayaraq, təhqirə məruz qalıb və vəhşicəsinə döyülüb.  Artıq tutulanlardan bəziləri azadlığa buraxılıb.

Real Cəfərli – APA

Yorum yazmaq istəyirsinizmi?