The Guardian: "Yanukoviç özünü itirdi və qaçdı"

Okrayna

Oyannews: Qərb jurnalistlərinin Ukraynada baş verən hadisələrə münasibəti bir mənalı deyil.

ANS PRESS-in məlumatına görə, Yanukoviçin ölkəni tərk etməsindən sonra onlar yarana biləcək xaosdan ehtiyatlanmağa başlayıblar.

“Təhrir və Maydan İstanbulun Taksim, Tehranın Azadi, Pekinin Tyananmen, Praqanın Venseslava, Afinanın Sintaqmoy, Londonun Trafalqar meydanı ilə yanaşı duraraq çağdaş inqilabi siyasətin rəmzinə çevrilib”, – deyə “The Guardian” jurnalisti Saymon Cenkins bildirir. “Ancaq belə kütlələr anarxiya və xaos səpir. Kütlə dağıdır və nadir halda qurur”, – deyə müəllif xəbərdarlıq edir. Bu günkü fəalların çoxu – tələbələr və şəhərli mütəxəssislərin uşaqlarıdır. “Onlar küçə qüvvəsinin legitimliyinə iddia edə bilərlər, ancaq onlar nə başqa siniflər, nə də öz ölkələrinin regionları qarşısında məsuliyyət daşımırlar”, – deyə Cenkins vurğulayır.

Hərdən romantiklər “kütlənin müdrikliyinə” istinad edirlər, amma “onlar totalitar liderlərin kütləni öz iradəsinə uyğun şəkildə istifadə edə bilmək qabiliyyətini unudarlar, onlar zombiləşmiş kütlənin isteriyasını və vəhşliyini yaddan çıxarırlar”.

“Kütlə nadir halda sağlam fikir nümayiş etdirir. Keçən həftə də belə bir hadisə baş verdi”,- deyə jurnalist örnək göstərir. Məqalədə bildirilir ki, Kiyevdə AB vasitəçiləri hökumətlə və müxalifətlə danışıqlar apardılar, sonra Maydandakı kütləyə böhranın həllinə və hakimiyyətin qaydalara uyğun şəkildə ötürülməsinə yardım edərək islahatlar zərfini təqdim etdilər. Amma kütlə bunu istəmədi. O, səs-küylə deputatların səsini kəsdi və meydanı tərk etməkdən imtina etdi. Yanukoviç özünü itirdi və qaçdı. “Bəlkə də, bu lider layiq olduğu taleyi yaşayır, amma hər halda onun sürtülüb nazilsə də, seçkilərdə əldə edilmiş legitimliyi var idi ki, nümayişçilər buna malik deyildilər”,- deyə müəllif vurğulayır.

“Cəmi bir ay qabaq başqa iri kütlə Təhrir meydanında yığılmışdı. Taleyin istehzası üzündən, kütlə üç illik xaosdan sonra ordunun hakimiyyətə qayıtmasını bayram edirdi. Hərdən kütlələr də qaydalar üçün qəribsəyir”, – deyə Cenkins vurğulayır.

Mənbə
ANS PRESS

Yorum yazmaq istəyirsinizmi?