Ancelina Coli bunu da bacardı (FOTO)

Ancelina

Oyannews: Altı uşaq anası dünya ulduzu fobiyalarından birinə qalib gələ bilib.

ANS PRESS-in məlumatına görə, illərdir çox istəməsinə baxmayaraq uşaqları üçün yemək hazırlaya bilməyən aktrisa mütəxəssis dərsləri alıb.
Aktrisa “Unbroken” adlı filmin rejissorluğu üçün Avstraliyadadır. Peşəkar aşbaz dərslərini də məhz burda alıb.

Hələlik 38 yaşlı aktrisa bir necə sadə, lakin sağlam yemək hazırlaya bilir. Ailəyə yaxın mənbənin sözlərinə görə, aktrisanın uşaqları əllərində tez-tez cips qabları ilə gəzirdilər. Uşaqlar analarının hazırladığı yeməkləri dadmaq istəyirdilər.

A.Coli müsahibələrinin birində hətta 10 yaşlı oğlunun ondan yaxşı yemək hazırladığını demişdi.

Bred Pitt və Ancelina Colinin uşaqları tez-tez fast fud restoranlarında görüntülənirdilər. Məşhur cütlük buna görə dəfələrlə tənqid hədəfi olmuşdu.

Mənbə
ANS PRESS

Yorum yazmaq istəyirsinizmi?