Krımda yeni təyinat almış polis rəisini iş otağına buraxmadılar

polis

Oyannews: Son günlər dünya mətbuatının diqqət mərkəzinə olan Krımdan həyəcanlı xəbərlər gəlməkdə davam edir.

ANS PRESS-in məlumatına görə, Ukrayna daxili işlər naziri tərəfindən Simferopola yeni təyin edilən rəis iş kabentinə buraxılmayıb.
“Simferopol” aeroportu üzərində isə hava məkanı qapadılıb və beynəlxalq reysləri qəbul etmir. Ukrayna baş naziri Arseni Yasenyuk rus hərbçilərinin Krımda fəaliyyətinin muxtariyyətdə turistik mövsümü iflasa uğratmağa yönəldildiyini bildirib. Rusiya tərəfinin məsələ ilə bağlı mövqeyi də özünü çox gözlətməyib.

Rusiya Federasiyası prezident administrasiyası Krım nümayəndələrinin Vladimir Putinə muxtariyyətdə yaranmış gərgin vəziyyətdən çıxış yolu üçün yardım əli uzatması xahişini cavabsız qoymayacağını bildirib.

Hadisələrin inkişafı haqda məlumat verəcəyik.

Mənbə
segodnya.ua

Yorum yazmaq istəyirsinizmi?