"Oskar"ın 20 ən gözəl geyimi (FOTO)

Oskar

Oyannews: Los Anceles dünya kinosunun ən mötəbər mükafatı olan “Oskar” mərasiminə hazırlaşır.

Kino tənqidçilər qalib olacaq filmləri seçərkən, paparatsizlər də qırmızı xalçanın ən gözəl anı olan ulduzların keçidinə hazırlaşırlar.

Bəllidir ki, dünya ulduzları ildə bir dəfə keçirilən bu mərasim üçün aylar əvvəldən işləməyə başlayırlar. Ulduzlar Hollivudun ən məşhur dizaynerlərindən paltarlar sifariş edir, formada qalmaq üçün məşqlərə başlayırlar.

Hətta mərasimə geyinilən bəzi geyimlər öz damğasını vurur. ANS PRESS “Oskar” tarixində qalan ən gözəl geyimləri təqdim edir.

Qreys Kelli Hollivudun ən parlaq simalarından olub. Onun 1955-ci ildə “Oskar” mərasiminə qatıldığı geyimdə ən azı özü qədər cəlbedici idi.

Holli Berri “Ən yaxşı qadın” roluna görə, “Oskar” alan ilk afroamerikalı qadın olub.

Culiya Roberts 2001-ci ildə “Erin Bronkoviç” filminə görə, bu mötəbər mükafata layiq görülüb. Aktrisanın “Valentino”dan olan ağ-qara tül geyimi moda tənqidçilərinin belə ürəyinə yatıb.

1999-cu ildə Qvinet Peltrou əsl furor yaratdı. Onun qırmızı atlas parçadan olan paltarı ideal idi.

13-il sonra bu aktrisa yenidən klass göstərdi. Peltrou “Oskar” üçün bəyaz asmetrik kəsimli geyim seçmişdi.

“Milyon dollarlıq körpə” filmi Hillari Suonka “Oskar”, tünd göy rəngli kürəyi açıq geyimi isə məşhurluq gətirdi.

Beyons qırmızı xalı və gecə geyimində möhtəşəm görünür. 2005-ci ildə onun mərasimə geyindiyi qara geyim isə hamını heyran edib.

“Oskar 2009″un ən cazibədar adlarından biridə Ceniffer Eniston olub.

Eniston 2013-cü ildə mərasimə göz qamaşdıran qırmızı uzun geyimlə qatılıb. Bu geyim hələ uzun müddət hamının yadında qalacaq.

“İkinci planda ən yaxşı aktrisa” nominasiyasında Emi Adams təmtəraqlı ətəyi olan mirvari rəngli geyimi ilə bütün diqqətləri üzərinə toplayıb.

Bu siyahının növbəti pillələrində isə Şarlis Teron, Ancelina Coli, Ceniffer Lourens, Kameron Diaz, Natali Portman, Nikol Kidman kimi məşhurlar öz geyimləri ilə qərarlaşıblar.

Mənbə
ANS PRESS

Yorum yazmaq istəyirsinizmi?