Rusiya Kerçdə hərbi hissəni ələ keçirdi

Kerc

Oyannews: Rusiya hərbçiləri Kerçdə hərbi hissəni mühasirəyə alıblar.

ANS PRESS-in məlumatına görə, hərbi formada insanlar A-0669 hərbi hissəsinin ərazisini ələ keçiriblər. Hərbi hissənin qapılarının önündə Rusiya nömrəli “Ural” markalı yük maşınları dayanıb. Əsgərlərin isə Rusiya hərbi geyim formasında olduğu və rus dilində danışdıqları bildirilir.
A-0669 Hərbi dəniz-piyada qoşununları hərbi hissəsinin komandiri Aleksey Nikiforov vəziyyətin nəzarətdə olduğunu və təlaşa ehtiyac olmadığını bildirib:

“Hərbi hissənin ərazisində yad şəxs yoxdur. Şəxsi heyət rəhbərlikləri tapşırığı yerinə yetirməyə hazırdır. Komandirlər mənə məlumat verdi ki, batalyonun təslim olması barədə xəbərlər şaiyədir, həqiqətə uyğun deyil”.

Qaynaq:
ANS PRESS

Yorum yazmaq istəyirsinizmi?