Ukrayna: ölkədə hərbi səfərbərlik elan edilib

ukraynaaa

Oyannews: Ukraynada ölkənin Silahlı Qüvvələri hərbi hazırlıq vəziyyətinə gətirilib.

Ölkədə Rusiyanın təhdidləri səbəbindən ümumi səfərbərlik elan edilib.

Bazar günü Ukraynada ümumi səfərbərlik tədbirlərinə başlanılıb, Milli Təhlükəsizlik və müdafiəsinin Şurasının katibi Andrey Parubiy bəyan edib.

Ukrayna Təhlükəsizlik şurasının qərarına əsasən, hərbi çağırış məntəqələri Ukraynada səhər tezdən aılmış elan olunub.

Prezident səlahiyyətlərinin müvəqqəti icraçısı Oleksandr Turçinov mühüm əhəmiyyətə malik obyektlərdə, o cümlədən atom elektrik stansiyaları və digər nüvə obyektlərində gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görülməsi barədə göstəriş verib.

BMT: Ban Ki-moon narahatdır

Ukraynadakı böhran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında da müzakirə edilir. Yığıncaqda Şuranın 15 üzv ölkələrinin nümayəndələri iştirak edir.

BMT Baş katibi Ban Ki-moon Krımda yaranmış gərginliyin azaldılmasına səy göstərilməsinə çağırıb.

Baş katib Ban Ki-moon Ukraynada hadisələrin son inkişafından “dərin naratlıq” hissi keçirdiyini bildirib.

Ban Ki-moon prezident Vladimir Putinlə telefonla danışdığını qeyd edərək, onu “Kiyevdəki rəsmilərlə birbaşa dialoqa başlamağa” çağırdığını bildirib.

Bu arada, Kanada Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Kanadanın Baş naziri Stephen Harper bu ilin iyun ayına Söçidə keçirilməsi təyin olunan G8 sammitinə hazırlığı dayandırdığını bəyan edib.

Rusiyanın Ukraynaya qarşı atdığı addımlara etiraz əlaməti olaraq, G8 sammitinə hazırlığını dayandırdığı barədə eləcə də rəsmi London bildirib. Bu barədə Britaniyanın XİN-i xəbər verib.

ABŞ və NATO-dan xəbərdarlıq

ABŞ prezidenti Barak Obama Rusiya lideri Vladimir Putinə Moskva tərəfindən qoşunları Ukraynaya göndərməklə beynəlxalq qanunları pozduğunu bildirib.

Bu arada rəsmi Kiyev Ukrayna ordusunu hərbi əməliyyatlara hazırlıq vəziyyətinə keçirib.

ObamaBarak Obama Vladimir Putinlə telefon danışığı zamanı Ukraynadakı vəziyyəti müzakirə edib.

90 dəqiqəlik telefon danışıqğı zamanı Barak Obama Rusiya liderini qoşunları Krımdakı bazalarına çəkməyə çağırıb.

Kreml mətbuat xidmətinin məlumatına əsasən, Vladimir Putin öz cavabında bildirirb ki, Moskva Ukraynada rusdilli əhalinin maraqlarını qorumaq hüququnu özündə saxlayır.

NATO-nun baş katibi Anders Fogh Rasmussen bugün Ukrayna ilə bağlı keçirlən iclasdan əvvəl çıxış edərək, Rusiyanı Krım yarmadasında yaranmış gərginliyin aradan qaldırılmasına səy göstərməyə çağırıb.

Anders Fogh Rasmussen Moskvanı Ukraynanın ərazi bütövlüyünü və süverenliyini təmin etməyə çağırıb.

NATO Şurasının iclasından sonra Ukrayna-NATO Şurasının görüşü keçirilməlidir.

Ukrayna kömək umur

Bu arada Ukrayna Ali Radası beynəlxalq birlikdən yardım istəyib

Ali Rada Ukraynanın təhlükəsizliyinə zamin olan dövlətlərə müraciət edərək onlardan ölkəyə müşahidəçilərin göndərılməsini və yardım göstərilməsini xahiş edib.

Ukrayna deputatları Rusiyanı ölkə ərazisinə qoşun yeritməklə “beynəlxalq normaları pozmaqda” ittiham ediblər.

Daha əvvəl Ukrayna “ərazi bütövlüyünün müdafiəsi üçün bütün mümkün variantları nəzərdən keçirmək” xahişi ilə NATO-ya müraciət edib.

Rusiyanın Ukraynaya silahlı qüvvələr yeritmək qərarını Avropa İttifaqı xarici işlər üzrə nümayəndəsi Catherine Ashton “əsassız gərginlik qızışdırmaq” kimi səciyyələndirib.

“Mən buna təəssüf edirəm. Bu, gərginliyin əsassız daha da qızışdırılması deməkdir. Buna görə, mən Rusiyanı qoşun göndərməməyə və öz nöqteyi-nəzərini dinc vasitələrlə müdafiə etməyə çağırıram”, – baronessa Ashton-un bəyanatında deyilir.

 

Qaynaq: BBC Azəri 

Yorum yazmaq istəyirsinizmi?