Eskişehir: Dünya Qadınlar Günü Münasibətiylə “Qadın Gülərsə” Adlı Toplantı Keçiriləcəkdir

Qadin Gulerse

Oyannews: Türkiyənin Eskişehir adlı şəhərində “Qadın Gülərsə” adlı toplantı keçiriləcəkdir.  8 Mart, saat 14.00-də başlayan bu toplantı, panel və konsertdən ibarət olacaqdır.

Güney Azərbaycanda qadın məsələsi diqqət mərkəzində olan bu toplantının proqramları belə olacaqdır:

Birinci Bölüm- Çıxışçılar;

  1. Dr. Simin Səbri(İnsan haqları və qadın haqları aktivisti): Güney Azərbaycanda Qadın Hərəkəti, Manelər və İmkanlar
  2. Soheyla Əzizi(Qadın haqları aktivisti): Feminizm nədən gərəklidir?
  3. Əfsanə Sulduzlu(Qadın haqları aktivisti): Azərbaycan, Feminizm və Qadın Haqları
  4. Ankara universitəsi qadın çalışmaları bölümündən qonaq çıxışçı

15 dəqiqə ara verdikdən sonra proqramın ikinci bölümü başlayacaqdır.

İkinci Bölüm- Musiqi:

Ozan Höccət Təbrizli

Bu toplantı, “Eskişehir Azərbaycanlılar Dərnəyi” tərəfindən keçiriləcəkdir.

Yer: YUNUS EMRE KÜLTÜR VE SANAT MERKEZİ / ESKİŞEHİR
Tarix / Saat: 8 Mart (Cumartesi) / 14:00

Yorum yazmaq istəyirsinizmi?