NATO Rusiya ilə əlaqələri kəsir

Nato

Oyannews: NATO Rusiya ilə münasibətlərə bütünlüklə yenidən baxacaq, bu münasibətlərin gələcəyi barədə qərar NATO ölkələrinin xarici işlər nazirlərinin aprelin əvvəlinə nəzərdə tutulmuş görüşündə veriləcək. 

ANS PRESS-in məlumatına görə, NATO baş katibi Anders Foq Rasmussen bununla belə Rusiya – NATO Şurası səviyyəsində görüşlərin davam edəcəyiyini bildirib.

“Biz həmçinin qərara almışıq ki, mülki və hərbi heyət səviyyəsində şəxsi heç bir görüş keçirilməyəcək. Biz Rusiya ilə bütün münasibətlərə yenidən baxacağıq, NATO xarici işlər nazirləri aprelin əvvəlində qərar verəcəklər”, – deyə Rasmussen bildirib.

Onun sözlərinə görə, dialoqun qorunması üçün Rusiya-NATO Şurası səviyyəsində səfirlərin görüşünün saxlanması qərara alınıb.

Qaynaq:
ANS PRESS

Yorum yazmaq istəyirsinizmi?