Rusiyada 3 bank bağlandı

Bank of Russia

Oyannews: Rusiya Mərkəzi Bankı bu gündən etibarən ölkədə fəaliyyət göstərən 3 bankın – “Monolit”, “Biznesin İnkişafı Bankı” və “Dağıstan”ın lisenziyasını ləğv edib.

“Axar.az” xəbər verir ki, hər 3 bank qanunvericiliyə riayət etməməkdə, çirkli pulların yuyulması və digər cinayətlərdə ittiham olunurlar.

Hələ fevralın əvvəllərindən etibarən “Monolit” bankı hesablarından pul çıxarılmasını məhdudlaşdırmışdı. Ayın sonunda isə bank Mərkəzi Bankın qərarına qədər bu əməliyyatları dayandırmışdı. Bank əmanətçiləri qarşısında götürdüyü öhdəliyi vaxtında yerinə yetirə bilməmişdi.

“Biznesin İnkişafı Bankı” da şübhəli əməliyyatlarda təqsirləndirildiyi üçün lisenziyası əlindən alınıb. Bankın 4.8 milyard rubl dəyərində şübhəli əməliyyat apardığı bildirilir.

Qeyd edək ki, hələ ötən ilin ortalarında prezident Vladimir Putinin Mərkəzi Banka yeni rəhbər təyin etməsindən sonra ölkədəki banklarda “təmizləmə” işləri aparılmışdı. 2013-cü ilin ikinci yarısından etibarən ölkədə 14 bankın lisenziyası alınmışdı.

Qaynar.info

Yorum yazmaq istəyirsinizmi?