The Guardian: "Formula-1" Bakıda keçirilə bilər

Formula 1

Oyannews: “Formula-1″ yarışı üzrə dünya çempionatının rəhbəri Berni Ekklstoun yarışın mərhələlərindən birinin Azərbaycanın paytaxtı Bakıda keçirilməsinə dair müqavilə imzalayıb. 

Trend-in məlumatına görə, bu barədə Britaniyanın “The Guardian” nəşri xəbər verir.

Ekklstounun sözlərinə görə, Azərbaycanda Qran-Pri yarışları 2015-ci, yaxud 2016-cı ildə keçiriləcək: “Biz Azərbaycana gedirik. Orada yarışların 2015-ci ildə keçirilməsi barədə danışırlar. Bəlkə də bu, çox tezdir, amma ehtimal mövcuddur. Ancaq daha böyük ehtimalla, mərhələ 2016-cı ildə keçiriləcək”.

Buna baxmayaraq, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün jurnalistlərə açıqlamasında yarışın Bakıda keçirilməsinə dair sazişin imzalanmasından danışmağın hələ tez olduğunu bildirib.

Nazir qeyd edib ki, bununla bağlı altı aydan artıqdır danışıqlar aparılır: “Düşünürəm ki, danışıqlar artıq son mərhələdədir. İmza olunan məqamda elan olunacaq”. Nazirin sözlərinə görə, yarışın 2016-cı ildə keçirilməsi planlaşdırılır: “Yarış Bakının küçələrində baş tutacaq”.

Qeyd edək ki, çempionatın təqvimi 19 mərhələdən ibarətdir. Gələcəkdə onun ildə 22 mərhələyədək artırılacağı gözlənilir. Təqvimə daxil olmağa Azərbaycanla yanaşı, Tailand, CAR, Yunanıstan, Argentina və Meksika da iddia edir.

Qaynar.info

Yorum yazmaq istəyirsinizmi?