Türkiyə: böhranı ukraynalıların özləri həll etməlidir

Erdogan

Oyannews: Türkiyənin Baş Naziri Recep Tayyib Erdoğan Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi yaradıb və Ukraynadakı böhranı, Krımda yaranmış vəziyyəti müzakirə edib.

Erdoğan bəyan edib ki, ölkədə yaranan böhranın həlli ilk növbədə ukraynalıların özünün məsuliyyətidir, Reuters Baş Nazirin administrasiyasına istinad edərək məlumat yayıb.

O həmçinin qeyri-sabitliyin regiona mənfi təsirə edə biləcəyini vurğulayıb.

Eyni zamanda Kremlin məlumatına görə, hər iki tərəfdən Maydanın “radikal və ekstremist qüvvələrin aqressiv hərəkətlərinə baxmayaraq” Krımda millətlər və təriqətlər arası əminamanlığı və sabitliyin təmin olunacağına əminlik ifadə olunub.

Krım tatarları yarımada əhalisinin təxminən 12 faizini təşkil edirlər.

Onlar Stalin dövründə məcburi şəkildə Krımdan köçürülüb. Krım tatarları və yarımadada məskunlaşan rusdilli çoxluq arasında qarşılıqlı ehtiyatlılıq mövcuddur.

Krım tatarları Maydana dəstəklə çıxış ediblər və Krımın yeni hakimiyyətin Moskvaya ilə yaxınlaşmasına mənfi yanaşırlar.

Ankara bir neçə dəfə krım tatarlarına dəstək verib və bundan sonra da kömək edəcəyini bildirib.

Qaynaq: BBC Azəri

Yorum yazmaq istəyirsinizmi?