Krım parlamenti Rusiyaya daxil olmağa səs verdi

kirim sesverme

Oyannews: Ukraynanın cənub regionunun qanuverici orqanı məsələni martın 16-da keçəcək referenduma çıxaracağını bəyan edib.

Ukraynanın müvəqqəti Baş Naziri Arseniy Yatsenyuk qərarın konstitusiyaya zidd olduğunu bildirib. Hazırda Krım faktiki olaraq Rusiya hərbçiləri və rusiyapərəst qüvvələrin nəzarəti altındadır.

Kiyevdə moskvayönlü hökumətin çökməsindən sonra əsasən rusdilli əhaliyə malik yarımadada vəziyyət gərgin olaraq qalmaqdadır.

Parlamentin qərarı Ukraynadakı böhranla bağlı Avropa liderlərinin toplantısına təsadüf edib.

Digər xəbərlərdə:

  • Silahlılar ATƏT-in silahsız müşahidəçilərinin Krıma daxil olmasına icazə verməyib.
  • Vaşinqton “Ukraynanın suverenliyi və ərazi bütövlüyünə təhlükə yaradılmasına məsul şəxslərə” viza məhdudiyyətləri tətbiq etdiyini deyib.
  • Russia Today kanalının amerikalı aparıcısı Liz Wahl canlı veriliş zamanı Moskvanın Ukraynadakı hərəkətlərinə etiraz olaraq istefa verib.
  • Donetskdə Rusiyapərəst nümayişçilərin dağıdılması və onların lideri pavel Gubarevin saxlanmasından sonra Ukrayna bayrağı yerli hakimiyyətin binası üzərində yenidən dalğalanır.

Krım qərarı

Krım Rusiya Federasiyasının subyekti qismində Rusiyanın tərkibinə daxil olması haqqında qərar qəbul edib, qərarın mətnində deyilir.

Qərarın mətni iki bənddən ibarətdir. Birinci: Rusiya Federasiyasının subyekti qismində Rusiya Federasiyasına daxil olmaq. İkinci: 16-sı mart 2014-cü il tarixinə mumkrım referendum təyin etmək.

Sənəddə izah olunur ki, səslərin çoxunu almış məsələ Krım əhalisinin iradəsinin birbaşa izhar edilməsi hesab olunur.

Muxtariyyətin Ali Soveti Krımın Rusiya Federasiyasının tərkibinə daxil olması üsuluna başlamaq haqqında təkliflə həmçinin Rusiya prezidentinə və parlamentinə müraciət edib.

Daha əvvəl yayılan məlumata görə Krım referundama iki sual çıxarmaq qərarını qəbul edib: “Krımın Rusiya Federasiyasının subyekti kimi RF-ya daxil olmasının lehinəsinizmi?”; və ”Krımın 1992-ci il Konstitusiyasının bərpa olunmasını dəstəkləyirsinizmi?”.

 

Qaynaq: BBC Azəri

Yorum yazmaq istəyirsinizmi?