Məşhur futbolçu reanimasiyaya yerləşdirildi

futbol

Oyannews: Türkiyənin “Trabzonspor” futbol klubunun 25 yaşlı oyunçusu Emre Güral reanimasiyaya yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, futbolçunun ürəyində ritm çatışmazlığı təsbit edildi. Hazırda reanimasiyada olan oyunçu gecəni xəstəxanada keçirəcək.
10 martda – bazar ertəsi “Fənərbaxça” ilə oynanılacaq matça hazırlaşan futbolçu məşq edərkən ürəyində ağrılar başlayıb və elə həmin an onu xəstəxanaya aparıblar.

“Trabzonspor” klubunun həkimi Hakan Bozdoğan Emre Güralın səhhəti barədə klubun rəsmi internet saytında belə açıqlama verib: “Emre bu səhər məşq zamanı özünü pis hiss etdi və onu xəstəxanaya göndərdik. Ürəyində ritm çatışmazlığı var. Bu səbəbdən də nəzarət altında tuturuq. Bir gün xəstəxanada qalacaq. Həyatında bir risk yoxdur.”

Qaynaq:
ANS PRESS

Yorum yazmaq istəyirsinizmi?