Eskişehir: Dünya Qadınlar Günü Münasibətiylə “Qadın Gülərsə” Adlı Toplantı Keçirildi/ Şəkillər

_MG_4324

Oyannews’a özəl:Keçən gün 8 Mart dünya qadınlar günü münasibəti ilə “Qadın Gülərsə” adlı ikinci toplantı Türkiyənin Eskişəhirində keçirildi.

Oyannews-un müxabirinin verdiyi xəbərə görə, 2014-cü il, Martın 8-i, dünya qadınlar günü  “Qadın Gülərsə” adında olan ikinci toplantı, Azərbaycanlı qadın aktivistlərin çıxışları ilə Türkiyənin Eskişəhirindəki Yunus Emre konfrans salonunda keçirildi.

Qadın və insan haqları aktivistləri olan Əfsanə Sulduzlu, Simin Səbri və Soheyla Əzizi qadın haqları qonularında çıxış etdilər. Bu panelin yönəticisi Türkan Urmulu idi. Panelin sonunda çıxışçılar qatılımçıların sorularını cavabladılar.

Bu konfransın ikinci bölümündə ozan Höccət Təbrizli musiqi əsərlərini ifa etdi.

İkinci bölümün başlanğıcında Azərbaycanlı araşdırmaçı- yazar Yunus Şamili qadın haqları və Azərbaycan Milli Hərəkəti qonusunda öz fikirlərini bildirdi.

Bu bölümdə Azərbaycanlı şair Azəryar Danişvər bu günlə ilgili yazdığı şeirini ifa etdi.

Bu konfrans Eskişəhir Azərbaycanlılar Dərnəyi tərəfindən qurulmuşdu.

Fotoqrafçı: Hadi Musəvi

_MG_4304 _MG_4324 _MG_4327 _MG_4336 _MG_4346 _MG_4358 _MG_4372 _MG_4373 _MG_4374 _MG_4389 _MG_4402 _MG_4409 _MG_4420 _MG_4433 _MG_4445 _MG_4466 _MG_4476 _MG_4492

Yorum yazmaq istəyirsinizmi?