İstanbul: İran Konsulluğu Qarşısında aksiya Keçirildi

g1

Oyannews: Bazar günü, İranın İstanbuldakı konsulluğu önündə etiraz aksiyası keçirildi.

Oyannews-un Sananews-a istinadən verdiyi xəbərə görə bazaar günü, 9 Mart 2014 tarixində Azərbaycan Milli fəalları, Azərbaycan siyasi məhbuslarının şəkilləri və plakatlar götürərək İranın İstanbuldakı konsulluğu önündə etiraz aksiyası keçirdilər.

Bu aksiya, Türkiyə vaxtıyla saat 14-də keçirildi.

“Türk dilində mədrəsə- haqqımızdır, haqqımız”, Ankara, Bakı, Təbriz- Birlikdə güclüyük biz”, “Urmu gölü can verir- İran onun qətlinə fərman verir” və “Azərbaycan var olsun- istəməyən kor olsun” şüarları bu aksiyada səsləndirilən şüarlardan idi.

Bu aksiya, bildiri oxumaqla sona çatdı.

Bu bildiridə aksiyaya qatılanların istəkləri bunlardan ibarət idi:

  1. Güney Azərbaycan milli məhbuslarının azadlığı
  2. Fars dilinin yanı sıra Türk dilinin rəsmi olması
  3. Urmu gölünün quruldulması proqramı dayandırılıb, bu göl öncəki duruma qaytarılmalıdır
  4. Şovinizm və irqçiliyə son vermək

Bu aksiya Gamoh təşkilatı tərəfindən düzənlənmişdi.

g1 g3 g4 g5

Yorum yazmaq istəyirsinizmi?