İbrahım Rəşidi(Savalan) İttilaata Köçürülüb/ Fiziki Durumu Ağırlaşıb

Savalannn

Oyannews-a özəl: Güney Azərbaycanlı siyasi aktivist İbrahım Rəşidi(Savalan) Təbriz həbsxanasından Təbriz İttilaatına aparılmışdır.

Oyannews-un aldığı bilgilərə görə, həftənin ikinci günü, 8 Aprel 2014 tarixində Güney Azərbaycanlı məhbus, İbrahım Rəşidi Təbrizin mərkəzi həbsxanasından Təbriz İttilaata idarəsinə köçürülmüş və elə o günün axşamüstüsündə sağlıq durumu ağır olduğu üçün yenidən Təbriz mərkəzi həbsxanasına qayatıılmışdır.

Gələn xəbərə görə,  bu insan haqları aktivistinin durumu o qədər ağırdır ki, İttilaat idarəsinin məsulları, milli fəalı saxlamağının məsuliyyətini qəbul etmədikləri üçün Təbrizin mərkəzi həbsxanasına qaytarmışlar.

Son günlərdə İbrahım Rəşidinin qardaşı Amerikanın Səsinə verdiyi müsahibədə qardaşının fiziki durumunun olduqca ağır olduğunu söyləmişdir. Onun söylədiyinə görə: Həbsxananın havası soyuqdur və həbsxana məsulları ona təkcə bir ədyal vermişlər.  Bu da onun böyrəklərinin infeksiyasına səbəb olmuşdur.

İbrahım Rəşidinin qardaşı Cəlal Rəşidi həm də demişdir: Onlar sağaltmaq yerinə sadəcə ağrıkəsici dərmanlar verirlər.

Keçən gün İbrahım Rəşidinin ailəsi, İbrahımla görüşmək üçün Təbriz həbsxanasına getsə də , həbsxana məsulları görüşmək üçün izn verməmişlər.

8 Mart 2014 tarixində İbrahım Rəşidi üçün 100 milyon tümənlik mülki girov qoyulduqdan sonra, İbrahım Rəşidi Əhər həbsxanasından Təbriz həbsxanasına köçürüldü.

Bu milli fəal, bir illik məhkumluq dönəmini tamamlamaq üçün Təbriz mərkəzi həbsxanasına köçürülmüşdür.

İbrahım Savalan, 20 Fevral, Dünya Ana Dili Günü ərəfəsində yüzə yaxın milli fəalla birlikdə Əhər şəhərində bu günü bir evdə qutladıqları zaman həbs edilmişdir.

İbrahım Rəşidi, 26 May 2012 tarixində, İnqilab məhkəməsinin birinci şöbəsi tərəfindən 4 öyrənci(tələbə) aktivistlə birgə mühakimə edilib, hökümətə qarşı təbliğat  ittihamı ilə bir həbsə məhkum edildi.

Bu hökm, apelyasiya məhkəməsinin dördüncü şöbəsinin rəisi olan İmani adlı hakim tərəfindən təsdiq edildi.

İbrahım Rəşidi ötən illərdə dəfələrdə mülki geyimlilər tərəfindən həbs edilib və inqilab məhkəməsi tərəfindən məhkum edilmişdir.

Daha öncə İbrahım Rəşidi, 2008-in qışında Urmiyə həbsxanasında beş aylıq həsbini keçirmişdi.

Beynəlxalq Əfv Təşkilatı,  1 Aprel və 1 May 2006 tarixlərində bəyanat verməklə İbrahım Rəşidinin(Savalan) həbsi və ona qarşı olan təzyiqləri qınamışdır.

Sərhədsiz Reportyerlər təşkilatı da 22 İyun 2010 tarixində verdiyi bəyanatla bu jurnalistin həbsindən xəbər vermişdir.

Yorum yazmaq istəyirsinizmi?