3Azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb

resul

Oyannews: İranda üç azərbaycanlı fəal azadlığa buraxılıb.

Rəsul Rəzəvi, Hüseyn Əliməhəmmədi və Taha Kirmani (Yekanlı) təxminən 6 aylıq həbs həyatından sonra aprelin 15-də ailələrinin qoyduğu mülk girovu qarşılığında Təbriz Mərkəzi Həbsxanasından azad ediliblər.

R. Rəzəvi 200, H. Əliməhəmmədi 300 və T. Kermani də 300 milyon tümənlə azadlıqlarına qovuşublar.

Qeyd edək ki, R. Rəzəvi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən 2013-cü il dekabrın 4-də səhər saatlarında evində həbs edilib. Ertəsi gün isə evdə axtarış aparılıb, R. Rəzəviyə məxsus kitablar və bir sıra digər şəxsi əşyalar götürülüb. Azərbaycanlı fəalın konkret nədə günahlandırıldığı bilinməsə də, onun həbsə salınması Urmiya gölünün qurumasına etiraz toplantılarına qatılıb çıxışlar etməsi və ötən il Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Təbrizin “Traktorsazi” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Cəzirə” futbol komandaları arasında keçirilən görüşdə “Güney Azərbaycan İran deyil!” şüarı yazılmış banner qaldırması ilə əlaqələndirilir. O, Təbrizin “Səhənd” stadionunda “Traktor” futbol komandasına dəstək verərkən separatçı şüarlar səsləndirməkdə, hakimiyyətin əleyhinə təbliğat aparmaqda, ölkənin milli təhlükəsizliyi əleyhinə fəaliyyət göstərməkdə, pantürkist qruplara qoşulmaqda və s. günahlandırılıb.

H. Əliməhəmmədi və T.Kirmani isə ETTELAAT əməkdaşları tərəfindən 2013-cü il noyabrın 4-də həbs ediliblər. Hər iki azərbaycanlı fəalın evində axtarış aparılıb, onlara məxsus əşyalar götürülüb. Onlar  Təbrizin “Səhənd” stadionunda “Traktor” futbol komandasına dəstək verərkən separatçı şüarlar səsləndirməkdə, İran bayrağını yandırmaqda, hakimiyyətin əleyhinə təbliğat aparmaqda, hökumət əmlakını dağıtmaqda və dini müqəddəsləri təhqir etməkdə günahlandırılırlar.

Həbsdə saxlandıqları müddətdə azərbaycanlı fəalların psixi və fiziki işgəncələrə məruz qoyulduğu bildirilir.

Real Cəfərli – APA

İlgili xəbərlər:

İki Azərbaycanlı fəal həbs edilib

Hüseyn Əli Məhəmmədi və Taha Kermaninin tutuqlanma müddəti daha 10 gün artırıldı

Azərbaycanlı fəallara işgəncə verilib

İranda 3 azərbaycanlı fəal həbs edilib

Yorum yazmaq istəyirsinizmi?