
Oyannews: Birlik- Mediadan aldığımız bilgilərə görə 3 May 2014 tarixində Azərbaycanlı araşdırmaçıların iştirakı ilə Tolerans mövzusunda fəlsəfə seminarı keçiriləcəkdir.
Bu seminarda İtalyanın Luis universitəsindən siyasət fəlsəfəsi üzrə araşdırmaçı Meysəm Badamçı, Berlin Elmlər Akademiyasından Din və Fəlsəfə üzrə araşdırmaçı Heydər Şadi və Azərbaycan Milli Elmlər Akademiyasından tarix və fəlsəfə üzrə araşdırmaçı Yasəmən Qaraqoyunlu çıxış edəcəklər. “Tolerans” adlı seminarın çıxışları, Türkcə olacaqdır.
Seminarın Proqramı:
Dr. Meysəm Badamçı: Şəriət, Anayasaçılıq və Ümumi Ağıl; Anayasanın Tənqidi
Dr. Heydər Şadi: Tarixi Hermenotik və Etniklərarası Tolerans
Yasəmən Qaraqoyunlu: Azərbaycan Cümhuriyyətində Dini Tolerans
Zaman: 3 May 2013, Saat 10
Adres: Esplaneden 3 C, Sundbyberg
Orqanizator: İsveç ABF Kültür Mərkəzi