Mərənd: qidadan kütləvi zəhərlənmə baş verib

merend-mesmum'yet

Oyannews: Şərqi Azərbaycan vilayətində qidadan kütləvi zəhərlənmə baş verib.

Hadisə mayın 1-də günortadan sonra Mərənd rayonunun Gələvan kəndində baş verib. Təxminən 800 nəfər Mərənd, Təbriz, Şəbüstər, Hadişəhr və yaxınlıqdakı digər xəstəxanalara qaldırılıb.

Mərənd Rayon İcra Hakimiyyətinin başçısı Nağı Kərimi bildirib ki, kənd sakinləri məsciddə nahar vaxtı qəbul etdikləri qidadan zəhərləniblər: “Zəhərlənməyə səbəb kimi ətin keyfiyyətsiz olması göstərilib”.

İran mətbuatı ötən gün zəhərlənənlərin sayı barədə müxtəlif rəqəmlər verib. İranın Şərqi Azərbaycan vilayətində yayımlanan “Səhənd” telekanalı onların sayının 250 nəfər olduğunu açıqlayıb.

Qeyd edək ki, Gələvan kəndinin 3500 nəfər sakini var.

Real Cəfərli – APA

 

Yorum yazmaq istəyirsinizmi?