Təhqirlər öyrənciləri ayaqlandırdı

tehessun 2

Oyanews:Bugün  Şəhid Mədəni  Azərbaycan universitetinin öyrənciləri İslami Cameənin dərc etdiyi dərginin təhqirlərinə görə universitetdə etiraz aksiyası keçirdilər.

Oyanews’un məlumatına görə, çərşənbə günü, 2014-cü ilin mayın 21-də Şəhid Mədəni Azərbaycan universitetinin öyrənciləri İslami Cameənin dərc etdiyi dərgidə  Azərbacanin millətini və milli qəhrəmanlarını etdiyi təhqirlərə cavab olaraq milli şüuarlar səsləndirərək öz etirazlarını bildirdilər.

Aksiya günorta saat 12:00-dan başladı.Bu etiraz aksiyası İslami Camenin dərc etdiyi dərgidə təhqirdən sonra oldu.

Bu dərgidə  “Babək Xürrəmdin saxta qəhrəman”,”Səttərxan və pantürkist”, “Pantürkizm və geylər”, “Pantürkist və sionizm” kimi təhqiramiz yazılar dərc edildiyi üçün öyrəncilər bunlara görə etiraz etdi.

Bu aksiya keçirilən zaman universitetin yeni məsulu öyrənciləri sakitləşdirmək üçün aksiya keçirilən  yerə gələrək öyrəncilərə vədlər verməsinə baxmayaraq, aksiya edən öyrəncilər öz aksiyalarını davam etdirdilər.

Öyrəncilər İslami Cameə dərgisinin bağlanmağını tələb edirlər.

Bu etiraz aksiyasında “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” kimi milli şüarlar səsləndirdilər.

Dünən gecə  Şəhid Mədəni  Azərbaycan universitetinin İslami Cameəsi tərəfindən “Tribun” adlı dərgi universitetin yataqxanasında , bugün səhər isə  universitetdə öyrəncilər arasında paylanılıb.

Bu dərgi Şəhid Mədəni  Azərbaycan universitetinin İslami Cameəsinin  ixtiyarındadı.Dərginin məsul müdiri Arif Cəfəri, baş redaktoru isə Əmir İsrafilidi.

Bəzi öyrəncilərin dediyinə görə universitetin icazəsi olmadan bu dərgi universitetdə və universitetin yataqxanasında paylanıb.

Dərginin yazılarında  “Gözənək”, “Ulduz”, “Fərhəng” kimi dərgilər əleyhinə bəyanatlar yayılıb.  “Gözənək” və “Ulduz” dərgiləri Azərbaycan tarixindən və mədəniyyətindən bəhs edən öyrənci dərgiləridi.

tehessun 1 tehessun 2 tehessun 3 tehessun 4 tehessun 5

Yorum yazmaq istəyirsinizmi?