Rəsulzadənin kitabı Türkiyədə yayınlandı

resulzade kitab

Oyannews: M. Ə. Rəsulzadənin 130-cü doğum ildönümü xatirəsinə həsr olunan “İhtilalçı Sosializmin İflası və Demokrasinin Gələcəyi” adlı kitab, 28 May İstiqlal bayramı astanasında nəşr edilmişdir.

“Oyannews”un məlumatına görə, Kitabın önsözünnün müəllifi Prof. Dr. Cəmil Həsənlidir. Önsözdə,  M. Ə. Rəsulzadənin yaşadığı siyasi mühit və onun fəaliyyətləri haqqında geniş bilgi verilmişdir. Kitabın yazılarını seçib Türkiyə Türkcəsində çevirən, Türkiyədə mühacirət həyatı yaşayan Güney Azərbaycanlı araşdırmaçı- yazar Ramin Cabbarlıdır.

Kitab, Rəsulzadənin iki önəmli risaləsi və 10 digər yazısından ibarətdir.  Bu kitabda Rəsulzadənin daha çox sosyolojik və fəlsəfi yazıları seçilmişdir. Kitabın adı “İhtilalci Sosyalizmin İflası” və “Demokrasinin Geleceği” adlı iki risalələnin adının birləşdirməsidir.  Bu iki risalə “İxtilalçı Sosializmin İflası və Demokrasinin Gələcəyi” adıyla 1928-ci ildə “Milli Azərbaycan Nəşriyyatı”nın 8-ci sayısında İstanbulda yayınlanmışdı.

“Ulusal Dayanışma”, “Millet Olmak Azmi”, “Milletçilik- Patriotism”, “Ulusal Birlik”, “Yanlış Terim Kullanmayalım”, Millet ve Kavim”, “Ulusal Ahlak”, “İdealistler Oportünistler, Bozguncular”, “Doğu İslam Uygarlığında Azerbaycan’ın Rolü”, “Bibliyografya; Rical-i Azerbaycan Der Asr-i Meşrutiyet” adlı yazılar isə kitabda yer alan digər yazılardır.

Kitabı İstanbulda Doğu nəşriyyatı tərəfindən yayınlanmışdır.

Yorum yazmaq istəyirsinizmi?