Erməni hərbiçilərinin atəşkəsi pozmalari nəticəsində 2 Azərbaycan zabiti şəhid oldu

karabağ

Oyannews: Son günlər Azərbaycan – Ermənistan cəbhə xəttində güclü atışmalar baş verir.

İki gün öncə erməni kəşfiyyat-diversiya qrupu Azərbaycan tərəfinin cəbhənin Füzuli rayonu ərazisində yerləşən  postlarından birinə basqını nəticəsində , düşmən hücumunun qarşısını alan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri itki verib.

Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1982-ci il təvəllüdlü, kapitan Məmmədov Fikrət Akif oğlu və 1991-ci il təvəllüdlü gizir Abilov Xudaverdi Fərhad oğlu şəhid olub, 1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu isə ağır yaralanıb.

Apa-nın verdiyi xəbərə görə, isə dünən və bugün cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs 75 dəfə pozulub.

Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutub.

Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Mərzili, Tərtər rayonunun Seysulan, Göyarx, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin  mövqeləri atəşə tutulub.

Yorum yazmaq istəyirsinizmi?