İranda tanınmış azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb

mahmud-ocaqlu

Oyannews: İranda tanınmış azərbaycanlı fəal, blogger zəmanətlə azadlığa buraxılıb.

APA-nin“Oyannews”a istinadən verdiyi məlumata görə, Mahmud Ocaqlu iyunun 1-də təxminən üç aylıq həbs həyatından sonra ailəsinin qoyduğu 100 milyon tümən mülk girovu qarşılığında Tehranın Evin həbsxanasından sərbəst buraxılıb.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları M.Ocaqlunu martın 9-da iş yerində həbs edib. Onun həbsi bu il fevralın 21-də Tehran yaxınlığında sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Nəsimşəhr rayonunda 21 fevral – Ümumdünya Ana Dili Günü münasibətilə keçirilən mərasimlə bağlı olub. M.Ocaqlı saxlanıldığı müddətdə aclıq aksiyası da keçirib. Azərbaycanlı fəal bundan əvvəl də 2011-ci ilin mayında Əbülfəzl Mirzəxanlu ilə birlikdə Tehran şəhərinin Baharistan rayonunda Sulduz şəhidlərini anma mərasimi zamanı həbs edilib. O, həmçinin 2009-cu ilin iyununda Tehranda həbs edilib və Evin həbsxanasının 209-cu bölməsinə salınıb. M.Ocaqlu 63 gün təcridxanada saxlanıldıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılıb.

APA -  Real Cəfərli

 

Yorum yazmaq istəyirsinizmi?