Urmiyada 10 azərbaycanlı fəal həbs edilib

cw66-300x168

Oyannews: Ötən gün İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində 10 azərbaycanlı fəal həbs edilib.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, onlar hazırda İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şöbəsinin təcridxanasında saxlanılırlar. Azərbaycanlı fəalların həbsinin səbəbləri məlum deyil. Lakin onların iyunun 10-na Güney Azərbaycanın müxtəlif şəhərlərində İran prezidenti Həsən Ruhaninin Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı verdiyi vədlərə əməl etməməsi ilə əlaqədar keçirilməsi planlaşdırılan kütləvi aksiyalara görə tutulduqları ehtimal edilir. Həbs olunanların Nima Həsəni, Məhəmməd Məhəmmədi, Əta Kərimi, Milad Muxtari, Ruhullah Məzahiri, Əmir İbrahimlu, Yasin Hacızadə, Yasir Əkbəri, Mustafa Haşimi və Ehsan Bədrmilan olduğu bildirilir.

Real Cəfərli -APA

 

Yorum yazmaq istəyirsinizmi?